Xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 150,1 milyon manat vəsait yönəldilib.
realpress.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, oktyabr ayı ərzində xarici mənbələrdən əsas kapitala 385,7 milyon manat investisiya qoyuluşu həyata keçirilib.
İl ərzində xarici mənbələrdən əsas kapitala yönəldilən vəsaitlərin həcminin ən aşağı həddi aprel ayında qeydə alınıb. İnvestisiya qoyuluşunun ən yüksək həddi isə may ayında olub.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 601,2 milyon manatı, ümumi həcmin 86,8 faizi Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Yaponiya, İsveçrə, Malayziya, Norveç, Rusiya və İran sərmayədarlarına məxsus olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.