İlham Əliyev: “Ağdam-Xankəndi-Şuşa avtomobil yolu açılacaq”

İlham Əliyev: “Ağdam-Xankəndi-Şuşa avtomobil yolu açılacaq”
20 Noy 2020 12:28


“Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək”.

realpress.az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

Prezidentin sözlərinə görə, vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək:

“Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur. Əslində, bizim bərpa işlərimiz artıq başlanıb.

Füzulidə olarkən Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, ilkin olaraq 50 milyon manat. Ancaq bu vəsait kifayət etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq.

Mənim göstərişimlə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu bir neçə hissəyə bölünüb. Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək. Çünki Azərbaycan vətəndaşları bilirlər ki, əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik bu yoldan istifadə etmək mümkün deyil”.

“Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır.

Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir. Bu işlər planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci böyük layihəyə start verdik.

Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır”, - deyə İ.Əliyev əlavə edib.

2 Dek 2020
Siyasət

Adil Əliyev: “Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür”

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz tərəfindən aparılan 44 günlük müharibə nəticəsində əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edilməklə, uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

2 Dek 2020
Siyasət

Hulusi Akardan Qarabağda Türkiyə-Rusiya Ortaq Mərkəzi ilə bağlı daha bir AÇIQLAMA - VİDEO

Türkiyə Milli Müdafiə Maziri Hulusi Akar Ermənistan-Azərbaycan atəşkəsi üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Mərkəzinin müzakirəsindən danışıb.

2 Dek 2020
Siyasət

Ceyhun Bayramovla özbəkistanlı həmkarı arasında telefon bağlantısı olub

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov ilə telefon danışığı baş tutub.

2 Dek 2020
Siyasət

Qarabağla bağlı əldə olunan razılaşmalar ardıcıl reallaşdırılır - Putin

Belarus, Qırğızıstan və Dağlıq Qarabağdakı hadisələr Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məkanındakı vəziyyəti çətinləşdirdi.

2 Dek 2020
Siyasət

Azərbaycan xalqı yeni zəfər tarixi yazdı - Kamaləddin Qafarov

“Dünən Laçın rayonu erməni işğalından azad olundu. Bu möhtəşəm, unudulmaz gün münasibətlə bütün Azərbaycan xalqını, laçınlıları, möhtəşəm qələbəyə sevinənlərin hamısını ürəkdən təbrik edirik. Çox böyük qürur hissi ilə qeyd edirik ki, artıq heç bir azərbaycanlı qaçqın deyil, onlarla yanaşı, biz də doğma torpaqlarımıza qovuşduq, ölkəmizin ərazi bütövlüyü təmin olundu.” Bu sözləri  müsahibəsində millət vəkili Kamaləddin Qafarov bildirmişdir.