Hər guşəsi zəngin Qarabağ – VİDEO

Hər guşəsi zəngin Qarabağ – VİDEO
20 Noy 2020 08:44


Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir. Dünyanın ən zəngin muzeylərində Qarabağ xalq sənətkarlığının timsalında Azərbaycanın bir çox nümunələri ilə rastlaşmaq olar. 

Baku TV Qarabağın hər cəhətdən zənginliyi ilə bağlı süjet hazırlayıb.

Şuşa şəhərinin Qarabağ xanlığının paytaxtı olması, mədəniyyət və incəsənət mərkəzi kimi inkişaf etməsi, Qarabağın İran, Türkiyə, Ərəbistan, Hindistan və Rusiya ilə karvan ticarət yollarının qovşağında yerləşməsi burada xalçaçılığın daim təkmilləşməsinə zəmin yaradıb. Şuşanın ən məşhur yerlərindən olan Cıdır düzündə dünyada ad qazanan qızılı rəngli, çapraq yerişi və alnında mil şəkilli qaşqası ilə fərqlənən Qarabağ atları yarışıb. 

Bu yarışlara baxmaq üçün dünyanın müxtəlif yerlərindən səyyahlar, tarixçilər, tacirlər, dövlət xadimləri Şuşaya gələrdilər. İşğaldan azad olunan Füzuli də gözəl və səfalı yerləri, bərəkətli torpağı ilə ad qazanıb. Qarabağın Ağ damı!.. El arasında “od dəyirmanı” kimi tanınan qədim malikanədə yaradılan Ağdam Çörək muzeyi SSRİ-də birinci, dünyada ikinci idi. Qarağacı qəbiristanlığı ağdamlılar üçün çox müqəddəs bir məkan idi. Ağdam bazarı qədimliyi, bolluğu, ən əsası, “Nə istəsən, bu bazarda taparsan” sözü ilə məşhur idi. İşğaldan azad olunan dünyaca məşhur Azıx mağarası isə Qarabağın Füzuli rayonunda yerləşir.

Ən səfalı və şəfalı yerlərdən olan Kəlbəcər minbir dərdin dərmanı olan İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə dünyada tanınıb. “İstisu” sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarında yerləşir. Əlbəttə, Kəlbəcərin qızıl yataqlarını da unutmaq olmaz. Kəlbəcər rayonunda yerləşən Söyüdlü yatağında 112,5 ton qızıl var. Rayondakı Ağduzdağ və Tuthun qızıl yataqlarının ehtiyatlarının ümumi həcmi isə 13,2 tondur.

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.