Ermənistan silahlı qüvvələrində qan çatışmazlığı yaranıb.
“Sputnik Ermənistan” xəbər verir ki, bununla əlaqədar olaraq Ermənistan Səhiyyə Nazirliyi əhaliyə müraciət edib.
Müraciətdə qeyd olunur ki, yaralı hərbçilərə yardım göstərmək üçün müxtəlif qan qruplarından olan donorlara təcili ehtiyac yaranıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başladığı əks-hücum əməliyyatları nəticəsində düşmənin xeyli sayda hərbi texnikası, maddi-texniki təminatı və canlı qüvvəsi məhv edilib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.