Ermənistanın son təxribatları Nəqliyyat nazirinin İran səfiri ilə görüşündə müzakirə olunub

Ermənistanın son təxribatları Nəqliyyat nazirinin İran səfiri ilə görüşündə müzakirə olunub
23 Okt 2020 17:33


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi arasında görüş keçirilib.

Nazirlikdən verilən məlumata əsasən, nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Ramin Quluzadə 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsi və Ağbənd sərhəd zastavasının işğaldan azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsini diqqətə çatdırıb. Bu münasibətlə İran dövlətini və xalqını təbrik edib. Öz növbəsində səfir Seyid Abbas Musəvi də Azərbaycan xalqına təbriklərini çatdırıb.

Nazir həmçinin, səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları, təcavüzkar siyasəti, mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi hərbi və müharibə cinayətləri barədə məlumat verib.

Görüşdə iki ölkə arasında nəqliyyat, İKT və poçt sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.