Sığortaolunanın fərdi şəxsi hesabı yaradılır - QƏRAR

Sığortaolunanın fərdi şəxsi hesabı yaradılır - QƏRAR
21 Okt 2020 18:12


“Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası” təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin edəcək.

Sığortaolunanların fərdi uçotu Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə agentliyin elektron informasiya sisteminə ötürülməsi yolu ilə həyata keçirilir. Beləliklə, sığortaolunanın fərdi uçot məlumatlarına əlçatanlığının təmin edilməsi məqsədilə Agentlik sığortaolunanın fərdi şəxsi hesabını yaradır və Vahid Giriş Sistemi (“Asan Login”) vasitəsilə şəxsi hesaba giriş imkanlarını təmin edir.

Fərdi uçot hər bir şəxsin sığortaolunan kimi indentifikasiyası və icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən istifadə hüququnun təmin edilməsi məqsədilə aparılır.

Sığortaolunanların fərdi məlumatları əsasında onlara dair ödənilmiş və hesablanmış sığorta haqları, sığorta ödənişlərinin məbləğləri, ödənilməli olan sığorta haqları, icbari tibbi sığorta şəhadətnaməsi barədə məlumat fərdi şəxsi hesablarında toplanılır.

25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.