SOCAR Gürcüstan yeni qazpaylayıcı xəttin əsası qoyub - FOTO

SOCAR Gürcüstan yeni qazpaylayıcı xəttin əsası qoyub - FOTO
21 Okt 2020 17:34


Oktyabrın 21-də Gürcüstanın Kvemo-Kartli regionunda azərbaycanlıların kompakt şəkildə yaşadığı İlməzli kəndinə SOCAR Georgia Gas MMC tərəfindən çəkiləcək qazpaylayıcı xəttin əsası qoyulub.

SOCAR-dan realpress.az-a verilən məlumata əsasən, Təməlqoyma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Kvemo-Kartlinin qubernatoru Şota Rekviaşvili, Marneuli şəhərinin meri Zaur Darğallı, Gürcüstanın iqtisadi inkişaf nazirinin müavini David Tvalabeişvili iştirak ediblər.

Mərasimdə qeyd olunub ki, SOCAR-ın sərmayəsi ilə tikiləcək 13 145 metrlik şəbəkə bir sıra yaxın yaşayış məntəqələrini əhatə edəcək və potensial olaraq 227 abonentin təbii qazla təminatı üçün imkan yaradacaq.

SOCAR Georgia Gas MMC 2020-ci il ərzində 13-ü Kvemo-Kartlidə, 2-si Msxeta-Mtianetidə olmaqla 15 yaşayış məntəqəsində qazpaylayıcı şəbəkənin tikntisini tamamlamağı planlaşdırır.

Ümumi uzunluğu 129 kilometr olacaq bu şəbəkənin tikintisi başa çatdırıldıqdan sonra daha 2483 potensial abonent qazla təmin olunacaq.

Gürcüstan əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olan Marneuli bələdiyyəsində bu vaxtadək 26 247 abonenti əhatə edən 784 kilometr uzunluğunda qaz kəməri çəkilib. Azərbaycanlıların yaşadığı bu məntəqələrə qaz xətti əsasən SOCAR-ın sərmayəsi ilə inşa olunur. 78 yaşayış məntəqəsindən 60-ı artıq qazlaşdırılmışdır.

Plana uyğun olaraq, 2020-ci ildə daha 7 kənddə 1111 abonent üçün ümumi uzunluğu 7,3 kilometr olan qaz kəmərləri çəkilir. Marneuli üzrə qazlaşdırmanın səviyyəsi 80,2 faiz təşkil edir.


18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

18 Apr 2024
Siyasət

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.

18 Apr 2024
Siyasət

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə artırılacaq - FOTO

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 7 mart tarixli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib.