Azərbaycan könüllüləri erməni təcavüzündən zərər çəkmiş ailələrə baş çəkiblər - FOTO

Azərbaycan könüllüləri erməni təcavüzündən zərər çəkmiş ailələrə baş çəkiblər - FOTO
21 Okt 2020 17:27


Azərbaycan könüllüləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və mülki infrastrukturu, o cümlədən yaşayış binalarını mütəmadi atəşə məruz qoyması və bir çox hallarda yaşayışa yararsız vəziyyətə salması nəticəsində evlərindən didərgin düşmüş ailələrə baş çəkiblər.

Məlum olduğu kimi, dövlət tərəfindən bu cür ailələr müvəqqəti sığınacaqlarda yerləşdiriliblər. Sığınacaqlara baş çəkən könüllülər oradakı azyaşlı uşaqlarla görüşüb, onların müharibə vəziyyəti ilə əlaqədar olaraq keçirdikləri psixoloji gərginləyi aradan qaldırmaq, əhval-ruhiyyələrini yüksəltmək üçün kiçik sürprizlər edib, boyama kitabçaları paylayıb, birlikdə rəsm çəkib, müxtəlif oyunlar oynayaraq əyləncəli vaxt keçiriblər. 

Könüllülər uşaqlara mənəvi dəstək olaraq hazırda ölkəmizdə yaşanan möhtəşəm tarixi hadisənin canlı şahidi olduqlarını, Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının ən tez zamanda Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad olunacağını, hər kəsin tezliklə öz doğma evinə qayıdacağını bildiriblər.

Hazırda çəkdikləri məhrumiyyətdən doğan acını ordumuzun davamlı zəfərləri ilə unudan uşaqlar cənab Prezidentin hər zəfər müjdəsini böyük sevinclə qarşıladıqlarını və bu gün qəhrəmanlıq göstərən əsgərlərimizin onlar üçün nümunə olduğunu söyləyiblər. Onlar bu Vətən müharibəsində tezliklə qalib gələcəyimizi və Şuşaya səyahət edəcəkləri günü gözlədiklərinin deyiblər.

Qeyd edək ki, Azərbaycan könüllüləri hər zaman ölkədə həyata keçirilən tədbirlərdə aktiv iştirak edir və torpaqlarımızın azadlığı uğrunda gedən müharibə dövründə xalqımıza dəstək göstərməyə hər an hazır olduqlarını nümayiş etdirirlər.

Azərbaycan könüllüləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və mülki infrastrukturu, o cümlədən yaşayış binalarını mütəmadi atəşə məruz qoyması və bir çox hallarda yaşayışa yararsız vəziyyətə salması nəticəsində evlərindən didərgin düşmüş ailələrə baş çəkiblər.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.