Rusiyanın Xabarovsk diyarında “Su-34” qırıcı-bombardımançı təyyarə qəzaya uğrayıb.
“RİA Novosti” bu barədə Rusiya Federasiyasının Şərq Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Pilotlar katapult ediblər. Onların sağlamlığına təhlükə yoxdur”, - deyə mətbuat xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, təlim uçuşu zamanı təyyarədə döyüş sursatı olmayıb. Təyyarə yerə deyərək partlayıb və tamamilə yanıb.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.