İranda sutka ərzində 312 nəfər koronavirusdan ölüb

İranda sutka ərzində 312 nəfər koronavirusdan ölüb
21 Okt 2020 15:26

İranda ötən sutka ərzində 312 nəfər koronavirusdan (COVID-19) ölüb.

 bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 31 346 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5 616 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 545 286 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 861 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 438 709 nəfər koronavirusdan sağalıb.

Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 4,59 milyondan çox diaqnoz testi həyata keçirilib.


16 Apr 2024
Dünya

İsrail Rəfaha hərbi hücumunu təxirə saldı

İranın İsrailin hərbi obyektlərinə hücumundan sonra rəsmi Tel-Əviv Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyatı təxirə salıb.

16 Apr 2024
Dünya

İran prezidenti Pakistana səfər edəcək - FOTO

İran Prezidenti İbrahim Rəisi Pakistana səfər edəcək.

15 Apr 2024
Dünya

Özbəkistan Prezidenti Tacikistana səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev aprelin 18-də Tacikistana rəsmi səfər edəcək.

15 Apr 2024
Dünya

Tacikistan Türkiyə ilə viza rejimini bərpa edir

Tacikistan aprelin 20-dən Türkiyə ilə viza rejiminin tətbiqinə başlayacaq.

15 Apr 2024
Dünya

Tobol çayında suyun səviyyəsi 2 saat ərzində 15 sm qalxıb - VİDEO

Rusiyada, Kurqan vilayətinin yaxınlığındakı Tobol çayında suyun səviyyəsi iki saat ərzində 15 sm qalxıb.