İşğaldan azad edilən rayonlarda dörd yarımstansiyanın tikilməsi nəzərdə tutulur

İşğaldan azad edilən rayonlarda dörd yarımstansiyanın tikilməsi nəzərdə tutulur
21 Okt 2020 13:39


İşğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımız yanacaq.

Bu barədə “Azərenerji” ASC-nin yaydığı məlumatda qeyd olunub.

Belə ki, qurum işğaldan azad edilən və ediləcək rayonlarımızda yeni 110 kV-luq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır. İlkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub. 

Paralel olaraq “Azərişıq” ASC də,  35 kV-luq yarımstansiyaların tikməsi ilə bağlı əlaqəli layihələndirmə işləri aparılır. Tikiləcək yarımstansiya və xətlər üçün avadanlıqlarla təchizat və başqa sahələr üzrə işlər görülür. Yarımstansiyalarda o cümlədən yüksək gərginlikli xətlərdə işlərin ilkin olaraq sürətlə görülməsi və bundan sonra şəhərsalma işləri aparılan zaman paylayıcı elektrik şəbəkəsinin yaradılması planlaşdırılır.

Ümumilikdə isə yuxarıda göstərilən dörd rayondan başqa işğaldan azad ediləcək bütün ərazilərimizdəki rayonların elektrik enerji təchizatının qurulması və mövcudların yenilənməsi üçün layihələndirilmə işləri ən sürətli şəkildə aparılır. Məqsəd işğaldan azad edilən rayon və kəndləri ən qısa vaxtda elektrik enerjisi ilə təmin etməkdir. Beləliklə, işğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımız yanacaq. Hazırda “Azərenerji” və “Azərişıq” bütün personalıyla Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin “işə başlayın” əmrini gözləyirlər. 

Qarabağ Azərbaycandır!

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.