Paşinyanın beli qırılır

Paşinyanın beli qırılır
21 Okt 2020 09:38


Prezident İlham Əliyev oktyabrın 15-də Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə vermişdi. Agentlik eyni gündə Ermənistanın baş naziri N.Paşinyandan da müsahibə almışdı. Belə demək mümkünsə, paritet gözlənilmişdi. Hər iki dövlət başçısından müsahibəni “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun  baş direktoru Dmitri Kiselyov götürmüşdü.

Cənab Prezident oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinin xüsusi muxbiri Yuliya Şarifulinaya da müsahibə verdi.Rusiyanın  rəsmi informasiya qurumları  pariteti yenə gözlədilər.TASS eyni gündə N.Paşinyandan da müsahibə götürdü. Müsahibəni alan xüsusi muxbir isə Narek Qalstyan oldu. Bu incə məqam elə də önəmli olmasa da, hər halda diqqət çəkdi. Şübhəsiz ki, əsas diqqət yetirilməli olan məsələ hərbi məğlubiyyətə uğrayan və siyasi iflas ərəfəsində olan Paşinyanın cavabları idi. Onun bu müsahibəsi “RİA Novosti” agentliyinə verdiyi müsahibədən heç nə ilə fərqlənmədi. Paşinyan yenə də qondarma “Dağlıq Qarabağ xalqı”, “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququ” və qondarma “Dağlıq Qarabağ respublikasının müstəqilliyinin tanınması” kimi absurd fikirlərə müəlliflik etdi. Onun hətta indiki durumunda bu cəfəng bəyanatları təkrarlaması bir daha sübut edir ki, Ermənistanın yeganə məqsədi danışıqları pozmaqdır. Paşinyan guya danışıqlarda maraqlı olduğu görüntüsünü yaratmağa çalışsa da, qondarma “Dağlıq Qarabağ Respublikasının müstəqilliyi” kimi erməni xülyasını şərt qismində irəli sürməsi həm də onu sübut edir ki, Ermənistan konstruktiv danışıqlarda maraqlı deyil, məqsədi yenə də  imitasiyadır, danışıqları sonsuzluğa qədər uzatmaqdır.

Prezident İlham Əliyev “RİA Novosti”-yə müsahibəsində bu erməni xülyasına birmənalı cavabını artıq vermişdi: “Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək”.

Sərsəm xülyalarına baxmayaraq, Paşinyana və erməni cəmiyyətinə də yaxşı məlumdur ki, Dağlıq Qarabağ və ətraf 7 rayon beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır. Bu məsələdə tarixi ədalət və tarixi gerçəklik də Azərbaycanın tərəfindədir. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər beynəlxalq təşkilatlar və dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını rəsmən tanıyır, Ermənistanın isə bu əraziləri işğal etdiyini öz sənədlərində təsbit edir.

Paşinyanın bu sərsəm ritorikası daxili auditoriyaya və xaricdəki erməni lobbisinə hesablanmışdı. Əsas məqsəd nəyin bahasına olursa-olsun Rusiyanı bu münaqişədə Ermənistanın tərəfində açıq hərbi iştiraka təhrik etməkdir. Paşinyan bu müsahibəsində də təhlükəli avantüra siyasətinə sadiq qalıb, Rusiya kimi böyük dövlətin siyasi şantajı ilə məşğul idi. Elə bu səbəbdən, müsahibəsi yalan və uydurmalara söykənirdi. Bu da təəccüblü deyil, Ermənistan hakimiyyətlərinin ənənəvi siyasi vərdişidir. Paşinyanın siyasi şantaj məqsədi ilə istifadə etdiyi uydurma arqumentlər bunlar idi: münaqişənin bugünkü mərhələyə keçməsinin təşəbbüskarı guya Türkiyədir; guya Türkiyə hərbçiləri Azərbaycan tərəfindən döyüşlərdə iştirak edir; Suriyadan olan terror qruplaşmasının üzvlərini guya Türkiyə  Qarabağa gətirib; guya bu qruplaşmadan olan terrorçular məqsədli şəkildə Rusiya ərazisinə keçirilir; son günlərdə Rusiya ərazisində zərərsizləşdirilən terrorçular da guya bu qruplaşmanın üzvləridir. Nəhayət,Rusiya ictimaiyyətini və xüsusən siyasi elitasını qıcıqlandırmaq üçün Paşinyanın istifadə etdiyi siyasi şantaj bundan ibarət oldu: Türkiyənin məqsədi Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və Rusiya dövlətinin siyasi nüfuzuna xələl gətirmək, onun milli təhlükəsizliyini təhdid etməkdir. Terror təhlükəsi ilə mübarizə adı altında Paşinyanın təkid etdiyi yeganə yol Rusiya hərbçilərinin dərhal Dağlıq Qarabağa yeridilməsi ilə bağlıdır.

Siyasi şantaj xarakterli bu müsahibə bir daha göstərdi ki, Ermənistanın avantürist rəhbəri Dağlıq Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanındığını hələ də qavramır. Beynəlxalq hüquq normalarına zidd olaraq, Paşinyan başqa bir dövlətin - Azərbaycanın ərazisinə uydurma təhlükə ilə mübarizə adı altında üçüncü tərəfin hərbi birləşməsinin yeridilməsini təklif edir.

Bir dəfə demişəm, indi də  təkrar edirəm. Bu adam ya xəstədir, ya da gələcəyini sığortalamaq üçün özünü indidən anlaqsızlığa vururPaşinyanın bu cür uydurma və yalanlarına, siyasi şantaj xarakterli açıqlamalarına Prezident İlham Əliyev dəfələrlə cavab verib. Beynəlxalq birliyin və dünya ictimaiyyətinin əsl həqiqətləri bilməsi üçün. Erməni cəmiyyətinin bu cür avantüraların, sərsəm uydurmaların  təsiri altından çıxması və boş xülyalarla əbəs yerə yaşamaması üçün.

Erməni cəmiyyəti nəhayət bilməlidir ki, Paşinyan hər dəfə bu cür anlaqsız bəyanatlar verdikcə və siyasi şantaj ritorikasından əl çəkmədikcə, o, Ermənistanı və erməni cəmiyyətini daha dərin uçuruma yuvarlayır.

Azərbaycan Ordusu  öz tarixi torpaqlarını işğaldan azad etməklə Paşinyana və Dağlıq Qarabağla bağlı erməni xülyasına ən adekvat və ən ləyaqətli cavabı verir. Ali Baş Komandan, Prezident İlham Əliyev bugünkü müraciətində xalqımıza böyük Qələbəmizin yeni müjdəsini verdi, növbəti şad xəbəri bəyan etdi: Füzuli rayonunun daha altı kəndi, Cəbrayıl rayonunun yeddi kəndi, Xocavənd rayonunun beş kəndi, Zəngilan rayonunun altı kəndı və Zəngilan şəhəri də  işğaldan azad edildi. Cənab Prezidentin xalqa müraciətində qeyd etdiyi kimi: “düşməni cəzalandırırıq, düşmənin belini qırırıq”.

O qırılan bel, həm də Paşinyanın qırılmaqda olan belidir, sərsəm və uydurma bəyanatlarına, siyasi şantajına ən tutarlı cavabdır. Erməni xalqı və dünya ictimaiyyəti bilməlidir ki, Qarabağda Ermənistan hərbi birləşmələri ilə döyüşən Azərbaycan Ordusdur. Paşinyanın belini qıran da Azərbaycanın Ali Baş Komandanı və onun əsgəridir. Ermənistan Ordusunun məğlubedilməzliyi isə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi mifdir, erməni uydurmasıdır. Azərbaycan əsgəri bunu bu gün döyüş meydanında sübut edir. Çünki onun savaşı haqq savaşıdır, öz dövlətinin ərazi bütövlüyünün bərpası və Milli Qürurunun qorunması uğrunda apardığı Vətən müharibəsidir!

Allah bu haqq işimizdə Prezidentimizə, Ordumuza, Xalqımıza yar olsun, Azərbaycana xidmət edənləri və onu sevənləri qorusun!



29 Mar 2024
Cəmiyyət

Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə olublar - FOTO

Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.

29 Mar 2024
Cəmiyyət

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilib və bu qanlı hadisə Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

29 Mar 2024
Cəmiyyət

Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTO

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub.

29 Mar 2024
Cəmiyyət

Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO

Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı təmir-tikinti işlərinə başlanılıb.