Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bəzi sosial şəbəkə istifadəçilərinə və KİV-ə müraciət edib.
O, bu gün keçirilən brifinqdə deyib ki, bəzi sosial şəbəkə istifadəçilərinin əməliyyatlarla bağlı fikirləri hərbi qulluqçuların həyatına təhlükə yarada bilər:
“Biz bir daha sosial şəbəkə istifadəçilərini və KİV-i yalnız Ali Baş Komandanın çatdırdığı məlumatlara və Müdafiə Nazirliyinin yaydığı məlumatlara istinad etməyə çağırırıq”.
2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.
Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.
“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.