Koronavirusu nəfəslə müəyyən etmək mümkün olacaq

Koronavirusu nəfəslə müəyyən etmək mümkün olacaq
20 Okt 2020 16:43


Sinqapurdan olan alimlər insanın nəfəsi ilə koronavirusa yoluxub yoluxmadığını müəyyənləşdirməyə imkan verən yeni bir test təqdim ediblər.

bu barədə “Breathonix” tərtibatçı şirkətindən bildirilib.

Koronavirusu aşkar etmək üçün hazırda mövcud olan metodlardan fərqli olaraq, yeni test insan tənəffüsünün kimyəvi tərkibindəki dəyişiklikləri qeyd edir.

Sinqapur Milli Yoluxucu Xəstəliklər Mərkəzindən 180 xəstənin iştirak etdiyi ilk klinik sınaqlarda tədqiqat dəqiqliyi 90 faiz göstərilib. Müəlliflər, yaxın gələcəkdə testin daha 600 könüllü üzərində test ediləcəyini də bildiriblər.

Layihə rəhbərlərinin sözlərinə görə, belə bir test cihazının istifadəsi üçün xüsusi təlim keçmiş kadrlara ehtiyac yoxdur, diaqnostika hava limanları kimi ən işlək yerlərdə həyata keçirilə bilər. Nəticələr bir neçə dəqiqə ərzində bəlli olur.

28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.