Prezidentin köməkçisi: “Biz bu münaqişəni sonrakı nəsillərə ötürə bilmərik”

Prezidentin köməkçisi: “Biz bu münaqişəni sonrakı nəsillərə ötürə bilmərik”
16 Okt 2020 15:55


Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İspaniyanın “El Mundo” qəzetinə müsahibə verib.

O, “Twitter” hesabında bu barədə paylaşım edib.

H.Hacıyev xarici jurnalistin ona verdiyi “Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ ərazisində hərbi vəziyyətə nəzarət etmələri üçün sülhməramlıların yerləşdirilməsi ilə bağlı təklifinə münasibətiniz necədir?” sualını cavablandırıb.

“Azərbaycan hərbi əməliyyatları başqa ölkənin ərazisində deyil, öz suveren ərazisində aparır. Biz hesab edirik ki, hazırda bizim belə bir şeyə ehtiyacımız yoxdur. Lazım olan BMT Təhlükəsizlik Şurasının qətnamələri tərəfindən tanınan ərazilərimizin Ermənistan tərəfindən işğalına təsir etməkdir, hansı ki, biz bu işğaldan əziyyət çəkirik.

Əvvəlcə Ermənistan Silahlı Qüvvələri ərazidən çəkilməlidir. Bundan sonra sülhməramlılar barədə danışa bilərik. Hazırda bunun zamanı deyil. Biz bu münaqişəni sonrakı nəsillərə ötürə bilmərik”, - deyə Prezident köməkçisi cavab verib.


27 Okt 2020
Siyasət

Dövlət Bahçeli: “Ermənistana silah köməyi tarixin şahid olduğu ən dəhşətli ikiüzlülükdür”

Türkiyədə MHP lideri Dövlət Bahçeli Qarabağla əlaqədar Türkiyə Böyük Millət Məclisində danışıb.

27 Okt 2020
Siyasət

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Pakistanın Peşavar qəsəbəsindəki mədrəsələrə terror hücumu, uşaqlar da daxil olmaqla günahsız insanların öldürülməsi və yaralanması xəbəri bizi çox kədərləndirib”.

27 Okt 2020
Siyasət

İranın xüsusi nümayəndəsi Qarabağ münaqişəsi ilə əlaqədar Bakı, Moskva, İrəvan və Ankaraya gedəcək

İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı, Moskva, İrəvan və Ankaraya səfər edəcək.

27 Okt 2020
Siyasət

Kamran Əliyev Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

Oktyabrın 27-də Baş prokuror Kamran Əliyev Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bəhrom Əşrəfxanov ilə görüşüb.

27 Okt 2020
Siyasət

Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.