Paytaxt məktəblilərindən fərqli təşəbbüs - VİDEOÇARX

Paytaxt məktəblilərindən fərqli təşəbbüs - VİDEOÇARX
16 Okt 2020 14:10


Paytaxt məktəblilərinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş maraqlı videoçarx hazırlanıb.

Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri fərqli üslubda səsləndirilib.

BŞTİ-nin dəstəklədiyi təşəbbüsün əsas məqsədi Azərbaycanın Dövlət Müstəqilliyi Gününün təbliğini genişləndirmək, şagirdləri milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə etmək, xalqın sarsılmaz həmrəylik hisslərini nümayiş etdirmək, məktəblilərdə Vətənə sevgi duyğularını daha da gücləndirmək və onların yaradıcılıq bacarığının inkişafına təkan verməkdən ibarətdir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümü münasibətilə hazırlanmış videoçarxın ərsəyə gəlməsində iştirak edən şagirdlər öz ifaları ilə xalqımızın hər bir nümayəndəsinə xas olan vətənpərvərlik hisslərini nümayiş etdirirlər.

Videoçarxda dövlət müstəqilliyimizin qarantı olan Azərbaycan Ordusuna minnətdarlıq hissi təcəssüm etdirilir, ərazi bütövlüyümüzün bərpasına və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanacağına sonsuz inam ifadə olunur.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.