Smartfonun köməyi ilə distant şəkildə kompyuteri yandırıb-söndürməyin yolları açıqlandı

Smartfonun köməyi ilə distant şəkildə kompyuteri yandırıb-söndürməyin yolları açıqlandı
09 Okt 2020 12:23


Smartfonun köməyi ilə uzaqdan, distant şəkildə kompyuteri açmaq və söndürmək mümkündür. Bunun müxtəlif yolları var.

“Praym”ın məlumatına görə, Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) “Rəqəmsal vətəndaş” platformasının eksperti Vladimir Qritsenko bunun üsullarından danışıb.

Onun sözlərinə görə, uzaqdan giriş tətbiqetmələrindən istifadə edərək kompyuteri bir cihazdan idarə etmək mümkündür.

“Wake-On-Lan (W-O-L)” kimi texnologiyalardan istifadə edərək kompyuteri smartfondan uzaqdan açmaq mümkündür. Bu, şəbəkə adapterinə daxil olan trafiki izləyən və istəyə əsasən kompyuteri açan daimi bir enerji təchizatıdır”, - deyə o bildirib.

Həmçinin ana platanı (BIOS) elə konfiqurasiya etmək mümkündür ki, şəbəkədə gərginlik görünəndə kompyuter açılsın və smart elektrik yuvası vasitəsilə şəbəkəyə qoşulsun:

“Smart elektrik yuvası internetə qoşulur və smartfondakı tətbiqdən idarə olunur. Orada cərəyan axını başlayan kimi kompyuter açılır və “uzaqdan giriş müştəriləri” vasitəsi ilə ona qoşulmaq mümkün olur”.

O bildirib ki, əvvəlcə kompyuteri açarkən “müştəri proqramının” avtomatik işə salınması konfiqurasiya edilməlidir.

Mütəxəssisin sözlərinə görə, “TeamViewer”, “Parallels”, “Microsoft Remote Desktop” kimi tətbiqlərdən istifadə etməklə kompyuterin smartfondan idarəsi mümkündür:

“Bu çox rahatdır: dostlara bəzi texniki problemləri həllinə kömək etmək və ya kompyuterdə lokal olaraq saxlanılan sənədi yükləmək olar”.

“İşi tamamladıqdan sonra kompyuter heç bir problem olmadan söndürülə bilər”, - deyə Qritsenko sözlərini tamamlayıb. 

10 Sent 2020
İT

“WhatsApp”a tətbiqi bloklayan mesajlar gəlməyə başlayıb - XƏBƏRDARLIQ

“WhatsApp” istifadəçilərinə naməlum nömrələrdən tətbiqin bloklanmasına səbəb olan ismarıclar gəlməyə başlayıb.

3 Sent 2020
İT

Davamlı açıq qalan “bluetooth”un təhlükələri açıqlanıb

Davamlı olaraq açıq olan “bluetooth” smartfonun batareyasını daha sürətlə tükətməkdən əlavə, qadjetin yaddaşında saxlanılan şəxsi məlumatların hakerlərin əlinə keçməsinə şərait yaradır.

28 Avq 2020
İT

“Twitter”in işində nasazlıqlar yaranıb

“Twitter”in işində nasazlıqlar yaranıb. 

21 Avq 2020
İT

Sönülü telefonda yeri müəyyən etməyin yolu

Smartfonlar məlumatları təkcə geolokasiya bağlı olanda deyil, həm də söndürüldükdə ötürür. Bu məlumatlar həm cihaz istehsalçılarına, həm də mobil operatorlara göndərilir.

19 Mar 2020
İT

İlk ikiekranlı televizor nümayiş olunub

“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.