Polad Bülbüloğlu Rusiya XİN-də görüş keçirib - VİDEO

Polad Bülbüloğlu Rusiya XİN-də görüş keçirib - VİDEO
30 Sent 2020 09:48


Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyində keçirdiyi görüşdə Azərbaycan və erməni diasporları arasındakı münaqişələrin qarşısının alınması məsələsini müzakirə etdiyini bildirib.

P. Bülbüloğlu bu barədə jurnalistlərə açıqlama verib.

“Biz Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovla görüşdük. Bilirəm ki, bu gün onlar mənim erməni həmkarlarımla da görüşüblər. Məni dəvət edərək Rusiyada yaşayan və bizim əlaqədə olduğumuz diaspor nümayəndələri ilə iş aparmağımızı istədilər. İnzibati orqanların xahişi Dağlıq Qarabağdakı münaqişənin alovlanması ilə əlaqədar iyul ayında baş verən hadisələrin təkrarlanmaması ilə əlaqədar idi”, deyə azərbaycanlı diplomat bildirib.

P. Bülbüloğlu Rusiya tərəfinin xəbərdarlığını anlayışla qəbul etdiklərini və bunun doğru olduğunu qeyd edib: “Təbii olaraq, Rusiya ərazisində əvvəl baş vermiş konfliktlərin təkrarlanmaması üçün əlimizdən gələn hər şeyi etməyə çalışacağıq”.

20 Apr 2024
Siyasət

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlərin dövlətin diqqət mərkəzində olduğundan xəbər verir və eyni zamanda da bu işlərin yüksək səmərəlilik və keyfiyyət göstəricilərinə uyğun həyata keçirilməsi üçün ən güclü stimul rolunu oynayır. Dövlət başçısının hər belə səfəri regional və ölkə əhəmiyyətli obyektlərin açılış və ya təməlqoyma mərasimləri ilə müşayiət olunur. O cümlədən aprelin 16-da Hacıqabul rayonuna səfəri çərçivəsində cənab Prezidenti İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub”.

19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib.