Müharibə şəraitində Paşinyanın arvadı Ermənistandan pul çıxarır - sensasion ARAŞDIRMA

Müharibə şəraitində Paşinyanın arvadı Ermənistandan pul çıxarır - sensasion ARAŞDIRMA
30 Sent 2020 09:32


Ermənistanda ölkənin işgüzar elitasına və keçmiş rəhbərliyə qarşı korrupsiya əleyhinə mübarizə kampaniyası vədi ilə başlanan məxməri inqilaba ölkənin birinci xanımı Anna Akopyan “Ermənistan çamaşırxanası” kimi diz çökdürdü.

Ermənistan mətbuatının məlumatına görə, Azərbaycanla genişmiqyaslı müharibə və davam edən səfərbərlik nəzərə alınmaqla, erməni oliqarxları ölkədən təhlükəsiz çıxmaq üçün xeyli miqdarda pul ödəyiblər.

Əvvəlki hallarda olduğu kimi, pul Anna Akopyanın rəhbərlik etdiyi “Mənim Addımım” və “Gülüşlər Şəhəri” xeyriyyə fondları vasitəsilə İsveçrə və ofşor bank hesablarına köçürüldü.

Elita üçün bu təxliyyə əməliyyatının mərkəzində önəmli rolu Baş nazirin qaynı, Anna Akopyanın qardaşı və Ermənistan parlamentinin üzvü Hraçya Akopyan oynayıb.

Anna Akopyanın qardaşı yalnız pul köçürmələri üçün lazımi tədbirlərlə kifayətlənməyib, həm də maddi-texniki dəstəyi təmin edib.

Bildirilir ki, o, hətta şəxsi “Lear Jet” təyyarəsini hərbi vəziyyətə görə qapadılan Ermənistanın əsas beynəlxalq hava limanı olan Zvartnotsdan uçuşları təşkil üçün təqdim edib. 

Bu əməliyyatla bağlı əlavə məlumat veriləcək.

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.