Rusiyalı ekspert: “Ermənistan Azərbaycan Ordusunun uğurlu əməliyyatını etiraf edir” - VİDEO

Rusiyalı ekspert: “Ermənistan Azərbaycan Ordusunun uğurlu əməliyyatını etiraf edir” - VİDEO
29 Sent 2020 11:23


Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində Dağlıq Qarabağda gedən döyüşlər müzakirə olunub. 

“Milli Müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko döyüşlərin Azərbaycan ərazisində aparıldığına diqqət yetirib. 

“Vəziyyəti tam anlamaq üçün hamının təsdiq etdiyi faktlara nəzər salmalıyıq. Döyüşlər Azərbaycanın ərazisində aparılır. Bu, Ermənistanla Azərbaycan sərhədindəki müharibə deyil, sırf Azərbaycanın ərazisində aparılan döyüşlərdir. Ermənistan silahlı qüvvələri faktiki olaraq Dağlıq Qarabağ ətrafında yeddi rayonu işğal altında saxlayır və məhz bu ərazidə döyüşlər gedir”, - deyə İ.Korotçenko bildirib. 

Münaqişənin həlli üçün təklif edilən planlardan danışan politoloq bildirib ki, bunun əsasında Azərbaycan ərazisinin işğaldan azad edilməsi durur. 

O, həmçinin qeyd edib ki, cəbhə xəttindən gələn məlumata əsasən, Azərbaycan tərəfi genişmiqyaslı əks-hücum həyata keçirir: 

“Artıq Azərbaycan ordusu bir sıra yaşayış məntəqələri və yüksəklikləri ələ keçirib, bunu qarşı tərəf də etiraf edib”.

28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.