Mixail Sakaşvili: “Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir” - FOTO

Mixail Sakaşvili: “Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir” - FOTO
28 Sent 2020 15:21


Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir.

Bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətin kəskinləşməsinə münasibət bildirərkən bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı hərbi toqquşmalar bölgədə xalqların  dincliyinə və rifahına biganə olmayanların hamısını narahat edir. Bu səbəbdən bölgədə vəziyyətin gərginləşməsini və insan tələfatını böyük ağrı ilə izləyir.

“Mənim mövqeyim aydındır, ərazi bütövlüyü prisipinə əsaslanır. Buna görə Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey bunu dəyişdirməyəcək”, - deyə o vurğulayıb.

Gürcüstanın sabiq prezidenti bildirib ki, yurd-yuvalarından çıxarılan hər bir şəxsin evlərinə qayıtma hüququ var.

“Gürcüstan üç Qafqaz dövlətinin  dost münasibətlərində maraqlıdır”, - deyə M.Saakaşvili vurğulayıb.


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.