Koronavirusdan qorunmaq üçün beş TÖVSİYƏ

Koronavirusdan qorunmaq üçün beş TÖVSİYƏ
28 Sent 2020 15:19


Mövsümi epidemiyaların gəlməsi ilə mümkün qədər çox maye içmək lazımdır. Bu zaman viruslar aktiv şəkildə məhv olurlar: onlar hidravlik zərbəyə dözə bilmirlər.

“Sputnik”in məlumatına görə, bu barədə rusiyalı otolarinqoloq Vladimir Zaytsev virusların artdığı bir dövrdə koronavirusdan qorunmaq üçün tövsiyələrində bildirib.

Onun sözlərinə görə, bu mənada istənilən çaylar effektivdir.

Bundan başqa orqanizm kifayət qədər “C” vitamini ilə təmin edilməlidir. Bu vitamin sitrus meyvələrində, kividə, zəncəfildə və kələm turşusunda var.

“Əlavə olaraq C vitamini olan meyvələr - limon, laym, qreypfrut çaya əlavə edilə bilər. Bu zaman ikiqat fayda əldə ediləcək”, - deyə həkim əlavə edib.

O, həmçinin qida rasionuna müəyyən miqdarda göyərti də əlavə etməyi məsləhət görüb:

“Bu bədəni vitaminlərlə təmin etməklə yanaşı, mədə-bağırsaq traktının təmizlənməsinə kömək edəcək”.

V.Zaytsev simptomlara laqeyd yanaşmamağı, xəstəliyin ilkin əlamətlərində həkimə müraciət etməyin vacibliyini də vurğulayıb:

“Xəstəliyə dözümsüzlük göstərməyin, o öz-özünə keçən deyil. Həkim sizə kömək edəcək”, - deyə o, sözlərini yekunlaşdırıb.

24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.