Radanın deputatı Xarkovdakı təyyarə qəzasının səbəbini açıqladı

Radanın deputatı Xarkovdakı təyyarə qəzasının səbəbini açıqladı
28 Sent 2020 10:39


Xarkovdakı An-26 fəlakətinin əsl səbəbi xəyali islahatlar və Ukrayna hökumətində hökm sürən qarmaqarışıqlıqdır.

“NewsOne”nın məlumatına görə, bu barədə “Müxalifət Platforması Həyat Üçün” Fraksiyasından olan deputat İlya Kiva bəyan edib.

“Orduda islahatlarla bağlı bütün hekayələr, modernləşdirilmiş Ukrayna Silahlı Qüvvələri ilə bağlı təmtəraqlı nağıllar bu cür faciələrlə darmadağın edilir. Bunun sadəcə manipulyasiya və yalan olduğu aydın olur: Kalaşnikov avtomatları ilə atmağa, Sovet İttifaqında inşa edilmiş tanklara minməyə, tarixdən əvvələ məxsus, 50 yaşında olan təyyarələrlə uçurmağa davam edirik”, - deyən Kiva, bu cür sürrealizmin insanların ölümünə səbəb olduğunu söylədi.

Millət vəkilinin sözlərinə görə, Ukraynanın son Prezidenti Petro Poroşenkonun dövründə baş verən islahat sadəcə əsgərin paltarını dəyişdirməkdən ibarət idi, silah və texnikanın yeniləməyə gəlincə isə indi də heç kim bunu etmir.

Siyasətçi ölkənin hazırkı rəhbərliyinin bu cür faciələrdən nəticə çıxarmadığına diqqət çəkdi.

“Bu, ölkəmizdə qarmaqarışıqlığın olduğunun daha bir təsdiqidir. Ölkədə, orduda, qanunverici və icra hakimiyyətlərində xaos var. Və bu ancaq hakimiyyətə peşəkarlar gələndə bitəcək”, -  deyə o bildirib.

Kivaya görə, hərbçilərin ölümü bu faciəyə yol verən hökumətin vicdanındadır.

Xatırladaq ki, An-26 hərbi nəqliyyat təyyarəsi cümə axşamı təlim uçuşu zamanı Xarkov vilayətinin Çuguyev şəhəri yaxınlığında qəzaya uğrayıb.

Hava gəmisində 27 nəfər olub: yeddi ekipaj üzvü və 20 kursant. Bir kursantın uçmasına icazə verilməyib. Rəsmi rəqəmlərə görə, 26 nəfər ölüb (biri xəstəxanada).

Bir kursant xilas olub.

24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.