Prezidentin köməkçisi diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdü

Prezidentin köməkçisi diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdü
28 Sent 2020 09:22


Sentyabrın 27-də Xarici İşlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə videokonfrans formatında görüş keçirilib.

Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Görüşdə Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edərək cəbhə xətti boyu Azərbaycan mövqelərinə qarşı növbəti təcavüz aktı nəticəsində bölgədə yaranan son dərəcə gərgin vəziyyətlə bağlı Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərlərinə müvafiq təlimatlar verilib.

Azərbaycan Respublikasının Prezidentinin mövcud vəziyyət ilə bağlı Azərbaycan xalqına etdiyi müraciətə, eləcə də dövlət rəhbəri tərəfindən Təhlükəsizlik Şurasının iclasında verilmiş təlimatlara istinadən diplomatik nümayəndəliklərimiz üzərlərinə düşən vəzifələr ilə bağlı məlumatlandırılıb. Mövcud vəziyyətdə diplomatik nümayəndəliklərimizin xüsusi şəkildə fəaliyyətə keçdiyi vurğulanıb, eləcə də xarici ölkələrdə ermənilər tərəfindən təxribatların törədilməsi ehtimalının yüksək olması səbəbindən diplomatlarımızın, həmçinin bu ölkələrdəki həmyerlilərimizin son dərəcə ehtiyatlı davranması məsləhət görülüb.

Görüşdə, həmçinin diplomatik nümayəndəlik və konsulluqlarımıza yaranmış bu vəziyyətdə Azərbaycanla bağlı və bölgədəki vəziyyətə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün lazımı tədbirlərin görülməsi tapşırılıb.

16 Apr 2024
Siyasət

Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

16 Apr 2024
Siyasət

Prezident: “Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”

“Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq”.

16 Apr 2024
Siyasət

Prezident: “Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq”

“Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq”.

16 Apr 2024
Siyasət

Prezident İlham Əliyev: “Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi barədə danışıb.

16 Apr 2024
Siyasət

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib.