Rusiya Azərbaycanlıları Diaspor Təşkilatları Konfederasiyası bəyanatla çıxış edib

Rusiya Azərbaycanlıları Diaspor Təşkilatları Konfederasiyası bəyanatla çıxış edib
28 Sent 2020 09:21


Rusiyanın Azərbaycanlı Diaspor Təşkilatları Konfederasiyası Ermənistan Silahlı Qüvvələrinin sentyabrın 27-də səhər saatlarında cəbhə xətti boyunca yerləşən Azərbaycan mövqelərini və yaşayış məntəqələrini iri çaplı silahlardan, minaatanlardan və artilleriya qurğularından atəşə tutulması və bunun nəticəsində Azərbaycan Respublikasının hərbi qulluqçularının və mülki vətəndaşlarının öldürülməsi və yaralanması ilə əlaqədar bəyanatla çıxış edib.

“Ermənistan bir daha bölgədəki sülhə və sabitliyə qarşı olduğunu nümayiş etdirdi”, - deyə diaspor təşkilatının açıqlamasında qeyd olunur.

Qeyd olunur ki, Rusiya Federasiyasının böyük Azərbaycan diasporası Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə və mülki şəxslərinə qəsdən və məqsədyönlü hücumlarını qətiyyətlə pisləyir.

Bəyanatın mətnində vurğulanır ki, mövcud vəziyyət üçün bütün məsuliyyəti Ermənistanın siyasi rəhbərliyi - şəxsən N. Paşinyan və onun tərəfdarları daşıyır.

“Biz bütün fəaliyyətini Azərbaycanı inkişaf etmiş bir ölkəyə çevirmək və ərazi bütövlüyünü, suverenliyini qorumağa həsr etmiş, Ermənistan rəhbərliyinin bütün beynəlxalq səviyyələrdə cəfəng hərəkətlərinə və bəyanatlarına layiqli cavablar verən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xarici siyasət kursunu tam dəstəkləyirik və təqdir edirik.

Biz Rusiya və dünya ictimaiyyətini Ermənistan rəhbərliyinin apardığı, həm bölgə ölkələri, həm də xalqları və bütün dünya üçün fəlakətli nəticələrə səbəb ola biləcək təhlükəli siyasətini qətiyyətlə pisləməyə çağırırıq!”, - deyə bəyanatda qeyd olunur.

24 Apr 2024
Siyasət

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.

24 Apr 2024
Siyasət

İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.

24 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”

“Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”.

24 Apr 2024
Siyasət

Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”

“Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”.

24 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.