“Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Ermənistan ordusunun bizim torpağımızda nə işi var?”
Bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cəbhədə yaranan gərgin vəziyyətlə əlaqədar xalqa müraciət edərkən deyib.
Prezidentin sözlərinə görə, heç kəs üçün sirr deyil ki, dırnaqarası Dağlıq Qarabağ ordusunun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir.
Ali Baş Komandan Azərbaycan Ordusunun zəfər çalacağını da vurğulayıb.
“Ermənistan işğalçı dövlətdir. Bu işğala son qoyulmalıdır və qoyulacaq. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - deyə İlham Əliyev bildirib.
Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Filippin Respublikasının Prezidenti Ferdinand Markos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri Xətai rayon Rahib Məmmədov küçəsi 4. 4a. 15q. və Cavanşir küçəsi 7 və 9 saylı ünvanlarında 2200-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.