Ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yolverilən hədləri dəyişib - QƏRAR

Ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yolverilən hədləri dəyişib - QƏRAR
26 Sent 2020 16:31


Nazirlər Kabineti “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib. 

realpress.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yolverilən hədləri aşağıdakı cədvəl üzrə müəyyən edilir: 

Ərazi zonaları

Ərazinin tikinti

əmsalı

Ərazinin

tikinti sıxlığı əmsalı

Yaşayış zonaları

çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları


0,5


2,0

ortamərtəbəli çoxmənzilli yaşayış binaları

0,5

1,4

azmərtəbəli çoxmənzilli yaşayış binaları

0,5

1,1

mənzilyanı torpaq sahələri olan bloklaşdırılmış yaşayış binaları

0,4

1,1

həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri

0,4

0,6


İctimai-işgüzar zona çoxfunksiyalı tikinti


1,0


3,0

ixtisaslaşdırılmış ictimai tikinti, o cümlədən:

0,8

2,4

ayrıca yerüstü qaraj binası*


1,0

4,0

İstehsalat zonası sənaye


0,8


2,4

elmi-istehsalat

0,6

1,0

kommunal-anbar

0,6

1,8

Qeyd edək ki, tikinti sıxlığının əsas göstəriciləri aşağıdakılardır: 
-  ərazinin tikinti əmsalı - bina və qurğular altında olan sahənin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti; 
-  ərazinin tikinti sıxlığı əmsalı - bina və qurğuların bütün yerüstü mərtəbələrinin sahəsinin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti. 
-  Yaşayış və ictimai-işgüzar zonalar üçün ərazinin tikinti və tikinti sıxlığı əmsalları məhəllənin bütün ərazisi üçün zəruri olan xidməti idarə və müəssisələr, qarajlar, avtomobil duracaqları, yaşıllıqlar, meydançalar və digər abadlıq obyektləri nəzərə alınmaqla verilmişdir.  
İstehsalat zonası üçün bu əmsallar istehsalat tikintisi (bir və ya bir neçə obyektlər) olan məhəllələr üçün verilmişdir. 
-  Ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən mərtəbələrin sahələri binanın xarici ölçüləri ilə müəyyən edilir. Bu zaman yalnız yerüstü mərtəbələr (mansarda mərtəbəsi daxil olmaqla) nəzərə alınır. Bina və qurğuların yeraltı mərtəbələri nəzərə alınmır.  
-   Məhəllələrin sərhədləri qırmızı xətlə tənzimlənir.  
-   Yaşayış və ictimai-işgüzar zonaların formalaşmış mövcud məhəllələrinin yenidən qurulması zamanı (mansardaların, mərtəbələrin artırılması da daxil olmaqla), bu məhəllələrin əhalisi üçün tələb olunan xidməti idarə və müəssisələr nəzərdə tutulmalıdır. Xidmət radiuslarına riayət edilməklə, qonşu məhəllələrdəki xidməti müəssisələr (məktəbəqədər təhsil müəssisələri istisna olmaqla) nəzərə alına bilər. 
-   Mövcud yaşayış zonalarında ərazilərin yenidən qurulması zamanı yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri, tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar3 epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraiti təmin edilməklə, ərazinin tikinti əmsalı 0,6-dan artıq olmamaq şərtilə, tikinti və tikinti sıxlığı əmsalının 30 faizdən çox olmayaraq artırılmasına yol verilir. 
 
Ayrıca yerüstü qaraj binasının ümumi sahəsinin 25%-ə qədərinin digər sahibkarlıq məqsədləri üçün istifadəsinə yol verilir.

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.