Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı - FOTO

Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı - FOTO
25 Sent 2020 17:20


Sentyabrın 25-də Bakı və Sumqayıt şəhərlərində də KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə KOB inkişaf mərkəzlərinin sayı Bakı, Sumqayıt və Xaçmaz olmaqla 3-ə çatıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov mikro, kiçik və orta sahibkarlara təlim və məsləhət xidmətlərinin göstərilməsi üçün KOB inkişaf mərkəzlərində yaradılmış şəraitlə tanış olub, mərkəzlərin idarəedici təşkilatlarının rəhbərləri ilə görüşüb. 

KOB inkişaf mərkəzlərində biznesə yeni başlayanlara, mikro, kiçik və orta sahibkarlara biznesyönümlü təlimlər keçiriləcək, fərdi və qrup halında məsləhət xidmətləri göstəriləcək, KOB-ların şəbəkələşməsinə, beynəlxalq mübadilə proqramlarında iştirakına və maliyyə resurslarına çıxışına dəstək təmin olunacaq. Bakı KOB İnkişaf Mərkəzi Bakı şəhəri, Sumqayıt KOB İnkişaf Mərkəzi isə Abşeron iqtisadi rayonu və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə biznes planın hazırlanması, bazar araşdırması, marketinq, satış, maliyyənin idarə edilməsi, biznes sahəsində qanunvericilik və digər mözvularda təlimlər keçirəcək, qeyd olunan sahələrdə təcrübəli və peşəkar ekspertlər tərəfindən məsləhət xidmətləri göstərəcək. 

Mərkəzlərdə həmçinin, innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların məlumatlandırılması istiqamətində digər tədbirlər həyata keçiriləcək.

KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir. 

Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərində göstərilən xidmətlərin təşkili özəl sektor – Azərbaycan Bank Tədris Mərkəzi və “Universitas İnternational” MMC tərəfindən həyata keçirilir. 

Bakı və Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri, eləcə də biznesə yeni başlamaq istəyənlər Bakı və Sumqayıt KOB inkişaf mərkəzlərinin xidmətlərindən istifadə edə bilərlər. 


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.