Dövlət başçısı: “Ermənistanın hərbi təxribatlarına görə vəziyyət mənfi məcraya doğru gedir”

Dövlət başçısı: “Ermənistanın hərbi təxribatlarına görə vəziyyət mənfi məcraya doğru gedir”
25 Sent 2020 13:55


“Əfsuslar olsun ki, region daha təhlükəsiz bir məkana çevrilməyib. Təəssüf ki, vəziyyət mənfi məcraya doğru gedir. Bu da, əsasən, Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına görə baş verir”.

bu fikirləri Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.

Dövlətimizin başçısı bildirib ki, ən təcavüzkar addım Ermənistan tərəfindən iyulun 12-də atılıb:

“Onlar bizim hərbi mövqeləri və kəndlərimizi atəşə tutmaq üçün artilleriyadan istifadə ediblər. Bunun nəticəsində hərbi qulluqçular arasında itkilər olub və bir mülki şəxs də öldürülüb.

Ermənistanla dövlət sərhədinə yaxın kəndlərdə bir çox evlər darmadağın edilib. Bundan əvvəl yenə də Ermənistan və Azərbaycan arasında dövlət sərhədində Ermənistanın hərbi təxribatları müntəzəm xarakter daşıyırdı. Lakin budəfəki kimi təcavüzkar formada olmayıb”.

16 Apr 2024
Siyasət

Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

16 Apr 2024
Siyasət

Prezident: “Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”

“Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq”.

16 Apr 2024
Siyasət

Prezident: “Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq”

“Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq”.

16 Apr 2024
Siyasət

Prezident İlham Əliyev: “Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi barədə danışıb.

16 Apr 2024
Siyasət

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib.