Ukraynalı deputat: “Azərbaycan və Ukrayna bir-birini gücləndirir”

Ukraynalı deputat: “Azərbaycan və Ukrayna bir-birini gücləndirir”
25 Sent 2020 12:24


Dünən Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edən Ukraynanın Prezidenti Vladimir Zelenski bir neçə gün əvvəl Azərbaycanın Ukraynanın yeni Milli Təhlükəsizlik Strategiyasında göstərilən strateji tərəfdaş ölkələr siyahısına daxil edilməsi barədə qərarın qəbul olunduğunu bildirib.

Dövlət başçıları suverenlik və ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək ifadə ediblər.

Prezidentlər Ukraynada Azərbaycandan olan investorların iştirak etdiyi genişmiqyaslı infrastruktur və investisiya layihələrinə də toxunublar. Bundan əlavə, Vladimir Zelenski Azərbaycan şirkətlərini Ukraynadakı geniş özəlləşdirmə layihələrində iştirak etməyə dəvət edib.

Ukraynanın Milli Təhlükəsizlik Strategiyasında təsdiqlənən strateji tərəfdaşlıq kursu Ermənistanın və bəzi ukraynalı analitiklərin ürəyincə olmayıb.

bu məsələlərlə əlaqədar Ukrayna Ali Radasının deputatı, “Ukrayna-Azərbaycan” parlament dostluq qrupunun rəhbərinin müavini Yuri Pavlenko ilə söhbət edib:

- Dərhal qeyd etmək istərdim ki, Azərbaycan bizim üçün həmişə beynəlxalq siyasətdə strateji və çox vacib tərəfdaş olub. Çoxsaylı görüşlər və danışıqlar bunu sübut edir. Prezident Vladimir Zelenskinin də bunu təsdiq etməsi ölkələrimiz arasındakı münasibətlərdə sabitliyin və ardıcıllığın olduğunu göstərir.

Strateji tərəfdaşlıq həm də ölkələrimizin təşəbbüslərinin beynəlxalq arenada bir-birinə qarşılıqlı dəstəyidir.

Bu, Ukrayna və Azərbaycan prezidentlərinin müzakirə etdiyi iqtisadi əməkdaşlıq, qarşılıqlı sərmayələrdir və tərəfdaşlığın əsas amillərindən biridir. Əminəm ki, Azərbaycanın Ukraynanın Milli Təhlükəsizlik Strategiyasına daxil edilməsi növbəti müsbət siqnaldır. Biz bu vasitə ilə bir-birimizi gücləndiririk.

- Qeyd etməyə bilmərəm ki, bu qərar bəzi qonşu ölkələrin çox da xoşuna gəlmədi. Misal üçün, Azərbaycandan fərqli olaraq BMT-də Ukraynanın müvəqqəti işğal edilmiş ərazilər üzrə qətnaməni dəstəkləməyən Ermənistanda tənqidi yazılar dərc olundu. Bir sıra ekspertlərin və bəzi Ukrayna mətbu orqanlarının reaksiyası da aydın deyil. Məsələn, Ukraynanın “Avropa həqiqətləri” nəşrində dərc olunan materialda qeyd edilir ki, “Azərbaycanın bu siyahıda olması, yumşaq desək, təəccüblüdür”.

- Bilirsiniz, tənqid hər zaman olur. Ancaq ən əsası Ukrayna dövlətinin, ölkə rəhbərliyinin siyasətində ardıcıllığın olması və kimin əsl dost olduğunu başa düşməsidir. Bir daha təkrar edirəm ki, Azərbaycan uzun müddətdir bizim strateji tərəfdaşımıza çevrilib. Bakı və Kiyev həmişə razılaşmalara hörmətlə yanaşmış və bir-birlərinə dəstək olmuşlar. Bizim strateji tərəfdaşlığımız təbiidir və görülən konkret əməllərlə, zamanla özünü təsdiqəyib. Bizim ölkələrimizin arasını vurmaq istəyən bədxahlar həmişə olub, var və olacaq. Ancaq onlar heç nəyə nail olmayacaqlar. Məsələ yalnız hökumətlər arasındakı əməkdaşlıqda deyil, əslində hər şey xalqlarımızın əlindədir və bizim qarşılıqlı anlaşmamız, birliyimiz var.

Yeri gəlmişkən, ilin əvvəlində sizə verdiyim müsahibədə Ukraynanın parlament nümayəndə heyətinin ölkənizdəki parlament seçkilərindən sonra Bakıya gəlməyə hazırlaşdığını açıqlamışdım. Səfərə koronavirusla əlaqədar tətbiq edilən karantin mane oldu. Ancaq biz karantin müddəti bitəndən dərhal sonra Azərbaycana gəlməyi planlaşdırırıq.

19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.