Niderland milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Bu barədə “De Telegraaf” nəşri məlumat yayıb.
İtaliyanın “İnter”, İngiltərənin “Kristal Palas”, Niderlandın “Ayaks” kimi klubların baş məşqçisi olmuş Frank de Bur bu vəzifəyə təyin edilib.
Müqaviləyə əsasən, 50 yaşlı mütəxəssis 2022-ci ilə qədər Niderland millisinə baş məşqçilik edəcək.
O, bu postda “Barselona”na ilə müqavilə imzalamış Ronald Kumanı əvəz edəcək.
Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.
Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.