İngiltərənin “Mançester Siti” klubunun Türkiyə əsilli almaniyalı futbolçusu İlkay Gündoğan koronavirusa yoluxub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu 10 günlük karantin rejimindədir.
Qeyd edək ki, İ.Gündoğan 2019-2020-ci il mövsümündə “Mançester Siti”nin heyətində 50 oyuna çıxıb, beş qola imza atıb.
Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.
Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.