SOCAR prezidenti Azərbaycanın neft hasilatına qoyulan limiti şərh etdi

SOCAR prezidenti Azərbaycanın neft hasilatına qoyulan limiti şərh etdi
20 Sent 2020 13:09


Beynəlxalq razılaşmaya əsasən, 2020-ci ilin Azərbaycan üzrə gündəlik hasilatı iyul-dekabr aylarında 587 min, 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında isə 620 min bareldən yuxarı olmamalıdır.

Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirilib.

Onun sözlərinə görə, qeyd edilən göstəricilər yalnız xam neftin hasilatına aiddir.

“Hasilatın məhdudlaşdırılması prosesində qərarvermə mexanizminin başlıca amilləri kimi yataqların istismarının iqtisadi səmərəliliyi, texniki dayanıqlılığı, sənaye təhlükəsizliyi və ətraf mühitə mənfi təsirin minimuma endirilməsi prinsipləri əsas götürülüb.

Əsasən quruda yerləşən və hasilatın maya dəyəri yüksək, məhsuldarlığı isə aşağı olan neft və qaz yataqlarının istismarı dayandırılıb, daha yüksək rentabellik göstəricilərinə malik dənizdə yerləşən yataqlarda isə istismar tam həcmdə davam etdirilir”, - deyə R.Abdullayev əlavə edib.

O həmçinin qurudakı yataqlarda hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar təbii olaraq aparılan qazma əməliyyatlarının həcminin azaldıldığını da bildirib.

“Nəticədə əmək fəaliyyətinin həcmi azalan işçilərin əksəriyyəti quyuların konservasiya işlərinə və avadanlıqlara texniki xidmət sahələrinə cəlb olunurlar”.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.