Zakir Həsənov: “Azərbaycan Ordusu sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır”

Zakir Həsənov: “Azərbaycan Ordusu sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır”
19 Sent 2020 17:16


Sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir: “Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır”.

Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyətinə nəzarət gücləndirilməlidir.

Müdafiə naziri Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi, qışa hazırlıq prosesinin effektivliyi və vaxtında yekunlaşdırılması, bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına, eləcə də COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslərə tapşırıqlar verib.

Sonda general-polkovnik Z.Həsənov fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.

29 Mar 2024
Cəmiyyət

“Böyük Dəbilqə”: İlk gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

29 Mar 2024
Cəmiyyət

Xırdalanda 10-dan çox qumbara tapıldı - FOTO/VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sursat aşkar edilib.

29 Mar 2024
Cəmiyyət

Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə olublar - FOTO

Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.

29 Mar 2024
Cəmiyyət

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilib və bu qanlı hadisə Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.