İki əsrlik 115 kəhriz bərpa edilir - VİDEO

İki əsrlik 115 kəhriz bərpa edilir - VİDEO
19 Sent 2020 17:15


Şəmkir rayonunun Çinarlı qəsəbəsində tarixi kəhrizlərin bərpasına başlanılıb. Uzun illər yararsız vəziyyətdə olan və istifadəsi tamamilə dayanan su mənbəyi yenidən əhalinin istifadəsinə verilmək üçün hazırlanır. 

Qəsəbədəki kəhrizlərin tarixi iki əsrə yaxındır. Su quyuları vaxtilə burada yaşayan almanlar tərəfindən qazılıb və əsas içməli su mənbəyi kimi istifadə edilib. Qəsəbədəki yeraltı kəhrizlərin ümumi sayı 115 ədəddir. Artıq 58 su mənbəyinin fəaliyyəti bərpa olunub. 

İlkin araşdırmalara görə, kəhrizlər Çinarlı qəsəbəsini iki əsas istiqamət üzrə içməli su ilə təmin edəcək. İstifadəyə verilən su quyularının dərinliyi nəzərə alınaraq, təhlükəsizlik tədbirləri baxımından kəhrizlərin üzəri xüsusi beton piltələrlə örtüləcək. Bu məqsədlə rayon İcra Hakimiyyəti xüsusi beton piltələr sifariş edib. Su quyuları vətəndaşların suvarma suyunu da yaxşılaşdırmaq gücündədir. Kəhrizlərin tam istifadəyə verilməsi nəzərdə tutulan müddətdə başa çatdırılacaq.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.

25 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

25 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.