Xankəndində ermənilərin azərbaycanlılara qarşı kütləvi terror hadisələrindən 32 il keçir - VİDEO

Xankəndində ermənilərin azərbaycanlılara qarşı kütləvi terror hadisələrindən 32 il keçir - VİDEO
18 Sent 2020 15:06


1988-ci il 18 sentyabr tarixində Azərbaycanın Xankəndi şəhərində Ermənistan xüsusi xidmət orqanlarının azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi terror hadisələrindən bu gün 32 il keçir.

Bu barədə Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının açıqlamasında bildirilir:

“Təəssüflər olsun ki, sonradan Ermənistan tərəfindən ərazilərmizin davamlı işğalı, xalqımıza qarşı həyata keçirilən soyqırımlar fonunda 1988-ci ildə Xankəndində baş verən hadisələr bir qədər arxa planda qalıb.

Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması olaraq tarixin bu qaranlıq səhfəsinə yenidən işıq salmağı, Xankəndində erməni təcavüzünə məruz qalan insanların həyat hekayələrindən ibarət məlumat bazası formalaşdırmağı qarşısına məqsəd qoyaraq “Xankəndi talanları” adlı yeni bir kampaniyaya start verib”.

Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri QSC-nin texniki dəstəyi ilə lentə alınan video çarxlar sosial medianın tələblərinə uyğun olaraq hazırlanır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması “Xankəndi talanları” kampaniyası çərçivəsində növbəti video çarxı təqdim edir.

Bu video çarx Xankəndi şəhərinin sakini Telli Mirzəyevanın ağrılı həyat hekayəsindən bəhs edir:


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.