Həmsədrlərin “intensiv məsləhətləşmələri”: Müharibə ehtimalı güclənir – TƏHLİL

Həmsədrlərin “intensiv məsləhətləşmələri”: Müharibə ehtimalı güclənir – TƏHLİL
17 Sent 2020 15:32


Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün beynəlxalq missiyaya yiyələnmiş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin konfliktə dair mövqeyi illərdir redaktə olunmamış qalır.

Minsk Qrupunun həmsədr institutunun formatındakı standartlılıq və münaqişənin həlli ilə bağlı qəlibləşmiş konsepsiyası problemin sıfır nöqtədən müsbətə doğru istiqamət almasında ciddi baryerdir.

Minsk Qrupunun həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-ci illər ərzində İsveç və Rusiya başçılıq edib.

1997-ci ilin fevralından etibarən ABŞ, Rusiya və Fransa ATƏT-in Minsk Qrupunun həmsədrləri statusunda çıxış edirlər.

Həmsədrlərin yanaşması faktiki olaraq münaqişə ətrafında status-kvonun gücləndirilməsinə və Ermənistanın vaxt qazanmasına xidmət edir.

Düzdür, münaqişənin sülh yolu ilə nizamlanması üçün tərəflər – Azərbaycan və Ermənistan – birgə razılığa gəlməlidir, bu, konfliktin həlledici məqamıdır.

Beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə beynəlxalq hüquq və normalar çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur.

Elə isə sual olunur – həmsədr postunda yerlərini bərkidən ABŞ, Rusiya və Fransa niyə Ermənistanın maraqlarının daimi təmin edilməsinə şərait yaradır?

Burada bir neçə məqamı nəzərə çatdırmaq lazımdır. Birincisi, Dağlıq Qarabağ münaqişəsinin həlli həmsədrlərin gündəliyində prioritet deyil.

İkincisi, həmsədrlər şabon bəyanatlarında işğalçı ilə işğala məruz qalan tərəfi tərəzinin eyni gözünə qoyur.

Üçüncüsü, həmsədrlərin portfelində Ermənistanı danışıqlar masasında kompromisə gətirən imperativ prosedur yoxdur və ya varsa belə, tətbiq mexanizmləri yoxdur .

Ermənistanın sülhə məcbur edilməsi proseduru işə salınmır, halbuki hüquqi və siyasi baxımdan Azərbaycan haqlıdır.

Minsk Qrupu bir tərəfdən Azərbaycanın ərazi bütövlüyü, digər tərəfdən isə xalqların öz müqəddəratını təyin etmək prinsipini önə çəkir. İkinci model Ermənistanın əlinə fürsət verir.

Ermənistan xalqların öz müqəddəratını təyin etmək prinsipi ilə manipulyasiya edir, həmin prinsip ilə pərdələnərək işğalçılıq siyasətini davam etdirir, işğalçılıq doktrinası isə getdikcə yeni məzmun və forma alır.

Bəllidir ki, xalqların öz müqəddaratını təyin etmək hüququ heç bir zaman başqa dövlətin ərazi bütövlüyünə qarşı yönəlik addım kimi şərh edilə bilməz.

Rəsmi İrəvan Dağlıq Qarabağdakı separatçı rejimi danışıqlar masasına cəlb etmək niyyətlərini açıqlamaqla münaqişənin ömrünün uzanmasına çalışır.

Ancaq dünya nizamının formalaşmasında mühüm pay sahibləri olan ABŞ, Rusiya və Fransa nədənsə bu amilləri görməzdən keçir və özlərinin açıq mənbələrdə olan bəyanatlarında belə Ermənistanı konstruktivliyə çağırmırlar.

Həmsədrlərin addımları yalnız Ermənistanın vaxt qazanmasına və toparlanıb yeni işğalçılıq planlarını həyata keçirməsinə zəmin yaradır.

Bu ilin sentyabrın 14-də Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında “intensiv məsləhətləşmələr” keçirilməsi Ermənistanın Azərbaycanla sərhədində Tovuz rayonu istiqamətində təxribatlarından sonra hərəkətlilik kimi görünə bilər.

Əslində isə bu, Azərbaycan Ordusunun Tovuz döyüşlərində Ermənistana sarsıdıcı zərbələr endirməsindən sonra İrəvanın özünə gəlməsi üçün əla fürsətdir.

Həmsədrlər bəyanatla çıxış edərək Azərbaycan və Ermənistan XİN başçılarını yaxın həftələrdə “qeyd-şərtsiz” danışıqlara başlamağa çağırıb. Sual olunur, hansı danışıqlar?

Tovuz döyüşlərindən artıq iki aya yaxın vaxt keçir, həmsədlər isə yalnız indi “ayılaraq” intensiv məsləhətləşmələr adı altında sərhəddəki gərginliyə diqqət ayırır.

Ermənistan və Qarabağ separatçıların danışıqların pozulmasına yönəlmiş aqressiv bəyanatlarına isə nədənsə toxunulmur.

Qarabağ münaqişəsi ətrafında donmuş vəziyyətin davam etməsi müharibə ehtimallarını gücləndirir, Azərbaycanın öz torpaqlarını hərbi yolla işğaldan azad etməsini şərtləndirir.

BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, dövlətlərin ərazisinə təcavüz olduqda, həmin dövlət kollektiv və fərdi özünümüdafiə hüququna malikdir.

Ermənistan isə Azərbaycanın ərazilərinə qarşı təcavüz həyata keçirir. Azərbaycanın isə hərbi yolla işğal olunmuş əraziləri azad etməsi üçün beynəlxalq hüquqi baza mövcuddur, bu, müharibə həm də özünümüdafiə xarakteri kimi başa düşülməlidir.

Çünki Ermənistan “yeni ərazilər üçün yeni müharibə” işğalçılıq doktrinasını açıq şəkildə bəyan edib, elə Tovuzdakı Azərbaycan Ordusunun mövqelərinə basqın cəhdi də uzunmüddətli işğalın yeni mərhələsində başlanğıc addım kimi qiymətləndirilə bilər.

Danışıqlar potensialının özünü tükətməsi fonunda Ermənistanın işğal coğrafiyasını genişləndirməsinə qarşı ən güclü immunitet isə müharibədir, bu, müharibə isə həm də özünümüdafiədir.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.