Övladlığa götürülən uşaqlara görə müavinat necə veriləcək? - AÇIQLAMA

Övladlığa götürülən uşaqlara görə müavinat necə veriləcək? - AÇIQLAMA
16 Sent 2020 15:23


“Sosial müavinətlər haqqında” Qanuna təklif olunan dəyişikliklər övladlığa götürülməsi çətin hesab edilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş iki kateqoriya üzrə uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. 

Bu barədə realpress.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.  

Bildirilib ki, bunlar 3-18 yaş arasında və 0-18 yaş arasında olan sağlamlıq imkanları məhdud uşaqlardır. Həm 3-18 yaş arasında olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi ilə bağlı, həm də, sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı müavinətlərin təyin olunması nəzərdə tutulub. 

Müavinətlərin 2021-ci ilin yanvarın 1-dən sonra övladlığa götürülən uşaqlara şamil edilməsi nəzərdə tutulub.

Vurğulanıb ki, müavinətin təyin olunması üçün əsas şərt övladlığa götürmə ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin təqdim edilməsidir.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.