Sərnişindaşımada ciddi azalma - STATİSTİKA

Sərnişindaşımada ciddi azalma - STATİSTİKA
16 Sent 2020 10:18


Azərbaycanda 2020-ci ilin yanvar-avqust aylarında yük vә sәrnişin daşımaları ötәn ilin eyni dövrü ilә müqayisәdә müvafiq olaraq 18,3 faiz vә 35,2 faiz azalıb.

Dövlət Statistika Komitəsinin hesabatından realpress.az-ın əldə etdiyi məlumata əsasən, 2020-ci ilin ilk 8 ayı әrzindә nәqliyyat sektorunda fәaliyyәt göstәrәn tәsәrrüfat subyektlәri tәrәfindәn 126,2 milyon ton yük daşınıb.

Yüklәrin 3,1 faizi dәniz, 7,6 faizi dәmir yolu, 0,2 faizi hava, 58,8 faizi avtomobil nәqliyyatı, 30,3 faizi isә boru kәmәri ilә daşınıb.

2020-ci ilin yanvar-avqust aylarında nәqliyyatçılar 844,4 milyon sәrnişinә xidmәt göstәriblәr. 

Sәrnişinlәrin 92,1 faizi avtomobil nәqliyyatı, 7,7 faizi metro, qalan hissәsi isә digәr nәqliyyat növlәri ilә daşınıb.

Dәmir yolu nәqliyyatı ilә 2020-ci ilin yanvar-avqust ayları әrzindә 9,6 milyon ton yük, 1 milyon 531,6 min sәrnişin daşınıb, 2019-cu ilin eyni dövrü ilә müqayisәdә yük daşınmasında 0,5 faiz artım, sәrnişin daşınmasında isә 30,9 faiz azalma müşahidә olunub.

Orta hesabla sutkada 309 vaqon yüklәnib, 382 vaqon isә boşaldılıb. Sutka әrzindә dәmir yolunun şimal istiqamәti üzrә 13,8 min ton, qәrb istiqamәti üzrә 3,7 min ton, cәnub istiqamәti üzrә isә 0,8 min ton yüklәnmә işi yerinә yetirilib.

Dәniz nәqliyyatı ilә 2020-ci ilin yanvar-avqust aylarında daşınmış yüklәrin hәcmi 3 milyon 939,9 min ton tәşkil edib vә әvvәlki ilin müvafiq dövrünә nisbәtәn 3,6 faiz azalıb. Yüklәrin 32,4 faizini neft yüklәri tәşkil edib. 

Dövr әrzindә bu nәqliyyat növü ilә daşınmış sәrnişinlәrin sayı 2019-cu ilin müvafiq dövrünә nisbәtәn 7,4 faiz artaraq, 14 600 nәfәr olub.

Nәqliyyat sektorunda daşımaların hәcmindә xüsusi çәkisi әn böyük olan avtomobil nәqliyyatı ilә 74,1 milyon ton yük, 777,7 milyon sәrnişin daşınıb vә әvvәlki ilin eyni dövrü ilә müqayisәdә müvafiq olaraq 26,9 faiz vә 32,3 faiz azalma qeydә alınıb.

Sәrnişinlәrin 96,3 faizi avtobus, 3,7 faizi isә minik taksilәrinin xidmәtlәrindәn istifadә edib. 
Yük dövriyyәsi 45,2 faiz, sәrnişin dövriyyәsi isә 28,8 faiz azalıb. Metro nәqliyyatının xidmәtlәrindәn istifadә etmiş sәrnişinlәrin sayı 57 faiz azalaraq, 64,7 milyon nәfәr olub.

Hava nәqliyyatı ilә 491 300 vә ya 73,5 faiz az sәrnişin daşınıb, daşımaların 99,5 faizi dövlәt, 0,5 faizi isә özәl müәssisәlәrә mәxsus nәqliyyat vasitәlәri ilә hәyata keçirilib. Bu nәqliyyat növü ilә yükdaşıma 2,2 dәfә artaraq, 277 min ton olub.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq mәqsәdilә ölkәnin rayon vә şәhәrlәri arasında vәtәndaşların sәfәrlәrinә qoyulan mәhdudiyyәtlәrin tәsiri nәticәsindә cari ilin mart, aprel, may, iyun, iyul vә avqust aylarında sәrnişin daşınmasında ciddi azalmalar müşahidə edilib.

29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.