Ombudsman Səbinə Əliyeva ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Ombudsman Səbinə Əliyeva ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb
16 Sent 2020 09:43


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl D. Litzenbergeri qəbul edib.

Ombudsman Aparatından realpress.az-a verilən xəbərə görə, S. Əliyeva bildirib ki, COVID-19 pandemiyası ilə bağlı Ombudsman təsisatında insanların canlı qəbulu dayandırılsa da, müraciətlərin qaynar xətlər, sosial şəbəkələr və elektron formada qəbulu davam etdirilib.  Pandemiya dövründə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə mütəmadi olaraq monitorinqlər keçirildiyi, saxlanılan şəxslərin hüquqlarının təmininin Müvəkkilin diqqət mərkəzində olduğu vurğulanıb.

Görüş zamanı Müvəkkil hər bir şəxsin müraciətinə heç bir ayrı-seçkiliyə yol verilmədən, həssaslıqla yanaşıldığını bildirib. Qonağın əfv məsələləri ilə bağlı sualına cavabında Ombudsman cari ilin aprel ayında ölkə Prezidentinin müvafiq sərəncamı ilə yaşı 65-dən yuxarı 176 məhkumun cəzasının çəkilməmiş hissəsindən azad edildiyini, o cümlədən 10 məhkumun Ombudsmanın müraciəti nəzərə alınmaqla azadlığa buraxıldığını qeyd edib.

Ombudsman Ermənistan tərəfindən girovluqda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının kobudcasına pozulması, onlara qarşı işgəncə və ləyaqəti alçaldan rəftar barədə aidiyyəti beynəlxalq qurumlara dəfələrlə xüsusi müraciətlər ünvanlanmasına baxmayaraq problemin həll edilməməsi məsələsinə toxunub. O, beynəlxalq ictimaiyyətin bu məsələyə qısa zamanda lazımi hüquqi qiymət verəcəyinə, ABŞ-ın da əsir və girov düşmüş soydaşlarımızın qaytarılmasında müvafiq dəstək verəcəyinə ümidvar olduğunu bildirib.

Müvəkkil Ermənistanın pandemiya dövründə də atəşkəs rejimini mütəmadi olaraq pozmaqla Azərbaycana qarşı təxribat xarakterli hücumlar törədərək regionda sülhün bərqərar olmasına ciddi maneə yaratdığını qeyd edib. O, bu il iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətindəki mövqelərini ələ keçirmək məqsədilə Ermənistanın törətdiyi qəfil hücum barədə danışıb. Ombudsman həmin müddətdə hərbi təxribatların baş verdiyi ərazilərdə faktaraşdırıcı missiya həyata keçirdiyini, toplanmış materiallar əsasında aralıq hesabatın hazırlanaraq aidiyyatı beynəlxalq qurumlara ünvanlandığını diqqətə çatdırıb. Səbinə Əliyeva bu təxribatçı hücumlar zamanı Ermənistan tərəfinin mülki şəxsləri və obyektləri hədəfə almaqla beynəlxalq humanitar hüquq normalarını ciddi şəkildə pozduğunu qeyd edib. Müvəkkil ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Ermənistanın təxribatlarına adekvat reaksiya verməsinə ümid etdiyini bildirib.

ABŞ səfiri Ombudsmana səmimi qəbula görə təşəkkürünü bildirib. Səfir ölkələrimiz arasında iqtisadi, sosial, enerji, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdiyini qeyd edib. O, Ombudsmanın insan hüquqlarının səmərəli müdafiəsi sahəsində çox önəmli bir vəzifə olduğunu vurğulayıb. Həmçinin insan hüquqları sahəsində bilik və təcrübələrin artırılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.