Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə anım mərasimi keçirildi

Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə anım mərasimi keçirildi
15 Sent 2020 10:46


Sentyabrın 15-i Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

realpress.az-ın müxbiri xəbər verir ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Erkan Özoral, Azərbaycan Silahlı Qüvvəllərinin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev Bakıdakı “Türk Şəhidliyi” abidəsinin önünə əklil qoyublar.

Səfir bildirib ki, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsilə qazanılan bu zəfər təkcə bugünkü Azərbaycanın yolunu açmayıb:

“Eyni zamanda, Azərbaycan və Türkiyə üzərində qurulan oyunların sonunu gətirib.

Türkiyə və Azərbaycan olaraq bu gün ətrafımızdakı atəş həlqəsinə qarşı eyni əzm və iradə ilə mübarizə aparmaqda qərarlıyıq. Həmişə olduğu kimi bundan sonra da “iki dövlət, bir millət” şüarı ilə irəliləyərək, gələcəyimizi birlikdə quracağıq”.

“Bakının Qafqaz İslam Ordusu və Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildömündə Nuru Paşanı, Azərbaycan və Türk ordusunun hər bir əsgərini sayğı ilə anıram”, - deyə səfir əlavə edib.


23 Sent 2020
Cəmiyyət

Azərbaycanda övladlığa verilən uşaqlardan neçəsi geri qaytarılıb? - AÇIQLAMA

Bu gün müəssisələrdə valideyn himayəsindən məhrum olunmuş sağlamlıq imkanları məhdud uşaqların sayı 300 nəfərdir.

23 Sent 2020
Cəmiyyət

DTX-nin tutduğu rəis həbsdən buraxıldı

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

23 Sent 2020
Cəmiyyət

Polis Tbilisidə azərbaycanlıların yaşadığı kənddə əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyi paytaxt Tbilisinin İsani-Samqori inzibati-ərazi vahidində yerləşən Poniçala kəndində əməliyyat keçirib. 

23 Sent 2020
Cəmiyyət

Sahibə Qafarovanın Lavrovla görüşü başladı - FOTO

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovla görüşü başlayıb. 

23 Sent 2020
Cəmiyyət

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların sayı bilindi - RƏSMİ

Hazırda Azərbaycanda müüəssisələrdə valideyn himayəsindən məhrum olan 1500 uşaq var.