Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür
15 Sent 2020 09:40


Bu gündən ibtidai siniflər üçün tədris əyani formada başlayır.

Təhsil müəssisələrində dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilən qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçiriləcək.

Ümumi təhsil müəssisələrində əyani şəkildə Bilik günü keçirilməyəcək. Buna səbəb Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalara əsasən, təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilməməsidir. Bilik günü onlayn qaydada baş tutacaq:

“Təhsil Nazirliyinin rəhbər işçiləri, təhsilverənlər və ekspertlər qoşularaq qısa təbriklərini çatdıracaqlar.

Ümumi təhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilib”.

Məlumat üçün bildirək ki, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206  şagirdin təhsil alacağı gözlənilir. Şagirdlərin ümumi sayından 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132734, XI sinfində isə 85 044 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60  məktəb-lisey, 50 lisey, 15  gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 440 məktəbin  fəaliyyət göstərəcəyi gözlənilir. Yeni tədris ilində 1 216 96 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır.

Bundan başqa, yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib. İlk dərslər I- IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.

Eyni zamanda tədris ilinin ilk günündə Bakı və digər şəhər və rayonlarda yeni inşa olunmuş səkkiz məktəb istifadəyə veriləcək. Həmçinin beş gimnaziya və  məktəb əsaslı təmir olunub, bu tədris ilindən etibarən şagirdlərin istifadəsinə veriləcək. Bundan əlavə, 14 rayonda daha 34 modul tipli məktəbdə şagirdlərin ixtiyarına veriləcək.  

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti bu ilin mart ayının 3-dən ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması barədə qərar qəbul etmişdi.

23 Sent 2020
Cəmiyyət

Azərbaycanda övladlığa verilən uşaqlardan neçəsi geri qaytarılıb? - AÇIQLAMA

Bu gün müəssisələrdə valideyn himayəsindən məhrum olunmuş sağlamlıq imkanları məhdud uşaqların sayı 300 nəfərdir.

23 Sent 2020
Cəmiyyət

DTX-nin tutduğu rəis həbsdən buraxıldı

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

23 Sent 2020
Cəmiyyət

Polis Tbilisidə azərbaycanlıların yaşadığı kənddə əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyi paytaxt Tbilisinin İsani-Samqori inzibati-ərazi vahidində yerləşən Poniçala kəndində əməliyyat keçirib. 

23 Sent 2020
Cəmiyyət

Sahibə Qafarovanın Lavrovla görüşü başladı - FOTO

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovla görüşü başlayıb. 

23 Sent 2020
Cəmiyyət

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların sayı bilindi - RƏSMİ

Hazırda Azərbaycanda müüəssisələrdə valideyn himayəsindən məhrum olan 1500 uşaq var.