Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi” keçirilib - FOTO/VİDEO

Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi” keçirilib - FOTO/VİDEO
14 Sent 2020 15:06


Azərbaycan Peşəkar Boks Federasiyasının icazəsi və nəzarəti ilə, ölkədə və xaricdə peşəkar boks döyüşlərinin keçirilməsi və Azərbaycan boksçularının beynəlxalq arenada tanıtımı ilə məşğul olan “Baku Fight Lab promouter” şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi” keçirilib.

“Boks Gecəsi”ndə ölkənin 16 peşəkar boksçusu çıxış edib. Döyüşlərdə peşəkar rinqdə təcrübəsi olan boksçularla yanaşı, həvəskar karyerasında nailiyyətləri olan və peşəkar rinqdə debüt edən idmançılar da iştirak edib. Döyüşlərin qaydalara uyğun keçirilməsi Azərbaycan Peşəkar Boks Federasiyası tərəfindən idarə edilib. Nəticələr “Boxrec” tərəfindən beynəlxalq boks statistikasında qeydə alınıb və bu, qaliblərin karyerasında mühüm pilləyə çevriləcək.

“Azərbaycan Peşəkar Boks Federasiyası bu sahənin inkişafı üçün müxtəlif işlər həyata keçirir.

Fevralda ölkədə ilk dəfə Dünya Boks Şurası (WBC) ilə beynəlxalq təlimlər keçirmişdik. Hazırda isə promouter şirkəti ilə əməkdaşlıq nəticəsində “Peşəkar Boks Gecəsi” keçirilib. Bunlar mühüm nailiyyətlərdir və bu kimi işlər davam edəcək. Məqsədimiz peşəkar boksçularımızın inkişafı, beynəlxalq arenada uğur qazanması və bu idman sahəsində ölkəmizin tanınmasıdır”, - deyə Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Artyom Həsənov bildirib.

Tədbirin təşkilində Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Artyom Həsənovun, birinci vitse-prezidenti Fərhad Acalovun, baş katibi Orxan Muxtarovun və ölkənin peşəkar boks promouteri Ziya Əliyevin xüsusi əməyi olub.

“Peşəkar Boks Gecəsi” açıq havada, tamaşaçılar olmadan, xüsusi karantin rejiminin bütün tələblərinə və təhlükəsizlik qaydalarına riayət olunmaqla keçirilib. Döyüşlərin keçirildiyi ərazi tədbirdən öncə və gedişatı boyu mütəxəssislər tərəfindən dezinfeksiya edilib. Bütün iştirakçılar – boksçular, məşqçilər, federasiya nümayəndələri, təşkilat komandası və bütün texniki heyət qoruyucu maskalardan və dezinfeksiya vasitələrindən istifadə edib.

Tədbir “Nar” mobil operatorunun və Azərbaycanda “Zontes” motosikletlərinin satışı və servis xidmətini həyata keçirən “Zontes Baku”nun sponsorluğu, müxtəlif idman növlərinin inkişafında mühüm rol oynayan, həvəskar idmana peşəkar yanaşma devizi ilə çalışan “Azfar Group”un və “İydə” parfümeriya evinin təşkilati dəstəyi ilə keçirilib.

“Peşəkar Boks Gecəsi” 18 sentyabr, 21:00-da eksklüziv olaraq “CBC Sport” telekanalında yayımlanacaq.

Qısa videoçarxı təqdim edirik:


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.