“Eurovision”da Azərbaycan nümayəndə heyətinin rəhbəri məlum oldu

“Eurovision”da Azərbaycan nümayəndə heyətinin rəhbəri məlum oldu
18 Avq 2020 14:27


“Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri təsdiqlənib.

 bu dəfə nümayəndə heyəti müsabiqəyə İsa Məlikovun rəhbərliyi altında qatılacaq. 

İsa Məlikov daha əvvəl “Eurovision 2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək 3-cü yerdə qərarlaşan Aysel və Araşın müsabiqəyə hazırlıq mərhələsində iştirak edib. 

O, həmçinin 2012-ci ildə Danimarkanın “Eurovision” üçün seçim turunun və Qazaxıstanın “Eurovision 2020” uşaq mahnı müsabiqəsinin münsiflər heyətinin üzvü olub.

İ.Məlikov “Eurovision 2020”də Azərbaycan təmsilçisi Efendini müsabiqəyə hazırlaşdıran komandaya da rəhbərlik edib.
 
Qeyd edək ki, pandemiya səbəbi ilə təxirə salınan “Eurovision 2020” mahnı müsabiqəsində Azərbaycanı “Kleopatra” mahnısı ilə Samirə Əfəndi təmsil etməli idi. 

Təşkilatçıların təxirə saldığı beynəlxalq mahnı müsabiqəsinin gələn ilki turunda, yəni  “Eurovision 2021” mahnı şousunda Azərbaycanı təmsil etmək üçün Əfəndi səhnəyə çıxacaq.   

8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.