Hulusi Akar: “Sonadək Azərbaycanın yanındayıq”

Hulusi Akar: “Sonadək Azərbaycanın yanındayıq”
13 Avq 2020 16:36

Xocalıda bütün dünyanın gözü qabağında soyqırımı törədən, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı bütün imkanlarımızla Azərbaycanın, azərbaycanlı silahlı yoldaşlarımızın sonunadək yanındayıq. Azərbaycan yalnız deyil”.

bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla təlimlərdə iştirak edənləri təbrik edən H.Akar bunları bildirib:

“İkinci vətənimiz Azərbaycanda olmaqdan mən və dostlarım böyük məmnuniyyət hissi duyuruq”.

“İki ayrı dövlət olsaq da eyni millətin övladlarıyıq. Bizim tariximiz, dilimiz, dinimiz, mədəniyyətimiz birdir. Canımız bir, qanımız birdir. Bir ananın iki oğlu olan Türkiyə və Azərbaycan arasındakı münasibətlər gerçək qardaşlıq münasibətləridir. İki bədəndə bir can olan bu qardaşlığıız bizim üçün vaz keçilməzdir”, - o əlavə edib.

Türkiyəli nazir Tovuzda şəhid olan hərbçiləri rəhmət və ehtiramla yad edərək çıxışını “Hamınız sağ və salamat qalın” ifadələri ilə bitirib.


23 Apr 2024
Siyasət

Vladimir Putin: “BAM XXI əsr üçün qlobal logistikanı müəyyən edir”

“Baykal-Amur Magistralı dünyada ən böyük dəmir yolu arteriyalarından biri, gələcəyin yoludur”.

23 Apr 2024
Siyasət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

23 Apr 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

23 Apr 2024
Siyasət

Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb - FOTO

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Böyük Britaniyanın BMT yanındakı daimi nümayəndəsi ilə görüşüb.

23 Apr 2024
Siyasət

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür.