Azərbaycan federasiyası rumıniyalı legionerini qovdu - VİDEO

Azərbaycan federasiyası rumıniyalı legionerini qovdu - VİDEO
12 Avq 2020 17:57


Azərbaycanın avarçəkmə üzrə millisinin rumıniyalı legioneri Maria-Lorena Manolike komandadan qovulub.

realpress.az-ın xəbərinə görə, ukraynalı olimpiya və dünya çempionu İnna Osipenko-Radomskayanın yerinə cəlb olunmuş legioner Tokio Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.

Buna görə də idmançıya “yaxşı yol” deyilib.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyeva xəbəri təsdiqləyib.

O bildirib ki, Azərbaycan gələn il Olimpiya Oyunlarında avarçəkmədə təmsil olunmayacaq:

“Komandaya yeni legioner cəlb edə bilməyimiz üçün onun üç il Azərbaycan vətəndaşı olması lazımdır. Biz Manolikeni də 2016-cı il Rio Olimpiadasından sonra komandamıza cəlb etmişdik. Bu Olimpiadada Azərbaycandan heç bir idmançı olmayacaq”.

Onun sözlərinə görə, olimpiya mükafatçısı, dördqat dünya və üçqat Avropa çempionu Valentin Demyanenkonun yerinə milli komandaya cəlb olunmuş kanoeçimiz Vadim Hüseynov də ümidləri doğrultmayıb:

“O da lisenziya qazana bilmədi. Hazırda Rusiyada qalır. Atası həmin ölkədə yaşadığından, Vadim də hazırda həmin ölkədədir”.


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.