Hərbi hissədə növbəti ideoloji tədbir keçirilib - FOTO/VİDEO

Hərbi hissədə növbəti ideoloji tədbir keçirilib - FOTO/VİDEO
12 Avq 2020 09:21


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarında orduda ideoloji işin gücləndirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində qarşıya qoyduğu vəzifələrdən irəli gələn tapşırıqların icrası ilə bağlı hərbi hissədə növbəti tədbir keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Şəxsi heyətə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışını əks etdirən videoçarx və Azərbaycanın dövlətçilik, hərb tarixindən bəhs edən tarixi xronika təqdim olunub.
Tədbirdə həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində əsgərlər ailələrinə məktub yazaraq öz arzularını çatdırıblar.

Azərbaycanın Əməkdar artisti Ağalar Bayramovun da iştirak etdiyi tədbirdə Vətənə, Azərbaycan bayrağına, şəhidlərə həsr edilən şeirlər səsləndirilib, Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi konsert proqramları ilə çıxış edib.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.