Koronavirus testlərinin götürülməsi səlahiyyəti poliklinikalara verilib? - RƏSMİ AÇIQLAMA

Koronavirus testlərinin götürülməsi səlahiyyəti poliklinikalara verilib? - RƏSMİ AÇIQLAMA
10 Avq 2020 09:56


Redaksiyamıza koronavirus testlərinin götürülməsi ilə bağlı müraciət daxil olub. Oxucumuz bildirir ki, COVID-19 testi vermək üçün təcili tibbi yardıma zəng edib:

“Mənə deyildi ki, testin götürülməsi səlahiyyəti təcili tibbi yardım xidmətindən alınıb. Bunun üçün mənsub olduğumuz ərazi üzrə poliklinikaya zəng etmək lazımdır, onlar gəlib test götürəcəklər.

Bunu da onunla əsaslandırdılar ki, təcili yardım xidməti çağırışlara getməyi çatdıra bilmədiyinə görə belə qərar verilib”.

realpress.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevlə əlaqə saxlayıb.

Müsahibimizin sözlərinə görə, Bakı şəhəri üzrə 87 ərazi poliklinikası fəaliyyət göstərir:

“Onların tərkibində 39 məntəqə yaradılıb. Məqsəd odur ki, vətəndaşlarda koronavirusa yoluxmanı aşkar etmək üçün testlər götürülsün. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası həddən artıq yük altında işləyirdi. Onların işi, adından da göründüyü kimi, təcili yardım xidmətidir, profilaktik işin görülməsi deyil.

Əgər vətəndaş vəfat edibsə, ölüm səbəbindən asılı olmayaraq, bizim qurumun əməkdaşları müayinə materialı götürür, eyni zamanda, onun yaxınlarının siyahısı tərtib olunur. Həmin siyahı ərazi poliklinikasına və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir. Nəticədə, ölən şəxsin müayinəsinin cavabı müsbət gələrsə, ətrafında olan insanların COVID-19-a yoluxub-yoluxmaması müəyyənləşdirilir.

Vətəndaş yüksək temperaturla (38 dərəcədən yuxarı) müraciət edərsə və onun yanaşı ağır xəstəliyi varsa, bizim xidmətin əməkdaşları ünvana gedir və analiz götürülür. Həyati göstərişi varsa, koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilir və ətrafında olan şəxslərdən analiz götürülür”.

Həkim qeyd edib ki, poliklinikada müayinə işləri aparılmalıdır:

“Şəxsin COVID-19 testi müsbətdirsə, o, xəstəxanaya getməlidir. Evdə qaldığı təqdirdə, təcrid haqqında iltizamnamə alınır və yenə də əlaqədə olduğu insanlardan yaxma götürülür. Yüngül yoluxma varsa, səhhətində şübhəli əlamətlər - dad, qoxubilmə hissinin itirilməsi, 38 dəcərəyə kimi temperatur müşahidə olunursa, poliklinika həmin şəxsdən müayinə materialı götürə bilər.

Vətəndaşlar bu qənaətdədirlər ki, Bakı şəhərində ancaq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası mövcuddur. Poliklinika sistemi onların yadından çıxıb. Ağırlaşma olubsa, bu zaman təcili tibbi yardım köməyə gəlməlidir.

Onda poliklinika nəyə lazımdır? Axı, xəstəliyin erkən dövrdə aşkarlanması, profilaktika işi, təcridolunma və müayinənin təşkili onların funksiyasına daxildir”.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.