Dövlət qulluğu üzrə müsahibədə indiyədək 252 nəfər uğur qazanıb

Dövlət qulluğu üzrə müsahibədə indiyədək 252 nəfər uğur qazanıb
08 Avq 2020 19:13


Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

DİM-dən verilən məlumata görə, müsahibədə indiyədək 252 nəfər uğur qazanıb. Onlardan 164-ü Qida Təhlükəsizliyi Agentliyində, 26-sı Təhsil Nazirliyində, 21-i Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, bir nəfər isə Masallı Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3 712 nəfər sənəd verib. Müsahibə avqustun 20-də başa çatacaq.

23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.