Prezidentin köməkçisi: “Nəvələrimiz bizdən 2020-ci ili soruşacaq və biz onlara tarixi danışacağıq”

Prezidentin köməkçisi: “Nəvələrimiz bizdən 2020-ci ili soruşacaq və biz onlara tarixi danışacağıq”
08 Avq 2020 19:03


“2020-ci il qeyri-adi ildir. Tək Azərbaycanın əhalisi deyil, bütün dünya əhalisinin həyatında qeyri-adi il olaraq qalacaq”.

realpress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, Yer kürəsi pandemiyanı sonuncu dəfə 1918-ci ildə görüb:

“Vaxt keçəcək, illər keçəcək ki, nəvələrimiz bizdən 2020-ci ili soruşacaq və onlara tarixi danışacağıq. Hər kəsdən səbirli olmağı, bir-birimizə kömək etməyi, virusa yoluxmanın sürətinin azalması üçün əlimizdən gələni etməyi xahiş edirəm. Şübhəm yoxdur ki, biz bu vəziyyətdən qalib çıxacağıq”.

O qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələləri daim diqqət mərkəzində saxlayır:

“Yeganə məsələ nə qədər itki verib, bu vəziyyətdən çıxmağımızdır. Ona görə, hər kəsi səfərbər olmağa çağırıram”.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.